Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

MBNP ləğv edildi, amma Elman Rüstəmova əvvəlki rəhbərlikdən elə bir miras qalıb ki...

MBNP ləğv edildi, amma Elman Rüstəmova əvvəlki rəhbərlikdən elə bir miras qalıb ki...

Son illər ərzində ölkədə iqtisadiyyatın genişlənməsi və dayanıqlığının təmin olunması, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, ölkənin beynəlxalq reytinqlərinin yüksəldilməsi və maliyyə sistemlərinin inkişaf etmiş ölkələrin maliyyə bazarlarına rahat inteqrasiyasının təmin olunması üçün inkişaf etdirilməsi barədə dövlət başçısı İlham Əliyev tərəfindən çeşidli islahatlar aparılır və bu islahatlar bu gün də davam etməkdədir. Aparılan islahatlarla ayaqlaşa bilməyənlər isə təbii ki, bu proseslərdən kənarda qalır. Bu islahatların məntiqi davamı Azərbaycan Respublikasının Prezidentinin 28 noyabr 2019-cu il tarixli “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilərək bütün səlahiyyətlərinin əmlakı ilə birlikdə Mərkəzi Banka verilməsi oldu. Etiraf etmək lazımdır ki, yarandığı gündən Palataya maliyyə sahəsində ciddi islahatları təşviq edəcəyi, bank sektrounun inkişafı üçün əməli tədbirlər görəcəyi haqqında böyük ümidlər vardı. Amma atalar yaxşı deyib, “Sən saydığını say, gör fələk, daha doğrusu, Rüfət Aslanlı nə sayır”.


 


Acınacaqlısı budur ki, fəaliyyət göstərdiyi 3 il 9 ay ərzində Palata ölkənin bank - maliyyə sektorunun sağlamlaşdırılması barədə nəinki hansısa sanballı tədbirlər gördü, əksinə, bu sahədə mövcud durumun daha da ağırlaşmasının şahidi olduq. Acgözlük, pula hərislik, talançılıq, özünü daha yuxarılarda görməsi, qeyri-peşəkarlıq burada da həlledici oldu. Rüfət Aslanlının həyata keçirdiyi talançılıqları, Əmanətlərin Sığortalanması Fondu vasitəsilə büdcə vəsaitlərinin necə mənimsənilməsi və bağlanmış bankların əmlaklarının qanunsuz yollarla talandığı barədə ölkə mətbuatında kifayət qədər danışldı, yazıldı. Nəticədə Rüfət Aslanlı vəzifəsini itirdi və onun "sağ əl"i hesab olunan İbrahim Alışov Palatada tək söz sahibi oldu. Maraqlıdır ki, İ. Alışov Rüfət Aslanlının yaman günə qoyduğu qurumda heç bir araşdırma aparmadı, daha doğrusu, aparılmasını istəmədi, ona görə ki, özü də müəyyən formada bu prosselərin iştirakçısı olmuşdu. 


 


İ.Alışovun Palataya rəbərlik etməzdən əvvəlki dövrlərdə işlədiyi banklarda o qədər də uğurlu olmayan fəaliyyəti nədənsə tez yaddan çıxdı, işlədiyi dövrdə ayrı-ayrı banklarda ən yüksək vəzifəsi filial müdiri olan bu adam uzun illər ərzində həyata keçirdiyi "əməliyyat"lardan kifayət qədər gəlir əldə etməsi "yaddan çıxdı". Bu səbəbdəndir ki, Alışov Palatada rəhbər işlədiyi dövrdə əldə etdiyi qazancını daha artırmaq məqsədilə R.Aslanlı ilə birlikdə bu fəaliyyəti davam etdirməyə başladı. Belə ki, “GünayBank” ASC vasitəsilə ötən dövr ərzində bu tandemin ofşor əməliyyatları əsasında ölkədən kapital axınını həyata keçirdiyi hamıya məlum idi. Hətta bu əməliyyatların aparıldığı bank filallarının ünvanları belə zaman-zaman mətbuat səhifələrində dərc edildi.


 


Palatanın fəaliyyəti nəticəsində bank-maliyyə sektronun vəziyyətinin ağırlaşdığı bir vaxtda, yenə də dövlət başçısının operativ müdaxiləsilə 2019-cu ilin əvvəllərində bu sektorda inqılabi dəyişlikliyə səbəb olacaq, ölkə əhalisinin isə sosial rifahının yaxşılaşdırılmasına hesablanmış çox mühür bir qərar verildi. Belə ki, Ölkə Prezidentinin “Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanı neçə-neçə ailələrin üzünü güldürdü, minlərlə ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılmasına səbəb oldu. Amma, İ. Alışov bu işi də qeyri-peşəkarlığı səbəbilə sona qədər tamamlayaraq uğurlu bir şəkildə həyata keçirə bilmədi. Fərman dərc edildiyinin ertəsi günü Palatanın nəzarətində olan, onlayn rejimdə fəaliyyət göstərən Mərkəzi Kredit Reysterinin (MKR) məlumatlarının dəqiqləşdirmə aparılmaqla bu məlumatlar əsasında vətəndaşlara kompensiyasıların ödəniləcəyi bildirildi. Lakin, MKR sisteminin 1 ay müddətinə fəaliyyətinin niyə dayandırıldığı çoxsaylı suallara yol açdı. Həmin sistemin fəaliyyətinin aprel ayının əvvələrinə qədər bərpa olunmadığı isə əslində çox şeylərdən xəbər verirdi. Həmin 1 ay ərzində İ. Alışovun öz bildiyi tərzdə, primitiv üsullarla məsələyə yanaşması səbəbindən bu fərmanın tarixi əhəmiyyəti xeyli sarsıldı. Nəticədə fərmandan irəli gələn tapşırıqlar sonadək yerinə yetirilmədi, proses bu günə qədər yekunlaşmamış, restruktizasiya olunmalı kredtilər üzrə kifayət qədər açıq sullar qalmışdır. 


 


İndi görəsən Mərkəzi Bank sadalanan bütün bu sulların cavabını tapa biləcəkmi? Palatanın müəmmalı fəaliyyətinin üzə çıxarılmasını təmin edəcəkmi? Mərkəzi bank rəhbərliyi R.Aslanlı və İ. Alışov tandeminin vaxtilə həyata keçirdiyi əməliyyatların araşdırlaraq hüquqi qiymət verilməsini həyata keçirəcəkmi? 


 


İ.Alışov isə öz aləmindədir, hətta deyilənə görə, özü üçün yeni qazanc mənbələri axtarışındadır, Belə ki, 29 noyabr 2019-cu il tarixdə, yəni Prezidentin məlum sərəncamının ertəsi günü İ. Alışov Palatada öz otağında yır-yığış edərkən sevincək şəkildə öz işçilərinə "narahat olmayın, 5-10 günə Əmanətlərin Sığortalanması Fonduna sədr təyin olunuram və hamınızı ora aparacam" - deyə hamını muştuluqlayıb. Amma həmin fərmandan 1 aydan çox vaxt ötməsinə baxmayaraq İ. Alışovun proqnozu hələ ki, özünü doğrultmayıb. 


 


Heç kimə sirr deyil ki, Rüfət Aslanlı ölkənin bank sektorunu müalicəsi müşkül xəstəliyə yoluxdurdu və onun yarıtmaz gedişlərinin sarsıdıcı təsiri bu gün dəı hiss edilməkdədir. Yeganə təsəlli Elman Rüstəmovun peşəkar bankir kimi ötənlərdə buraxdığı səhvlərdən nəticə çıxararaq dövlət başçısı tərəfindən ona yenidən çox böyük etimad göstərilməsinin qədir-qiymətini biləcəyinə inamdır. Odur ki, onun ölkənin bank-maliyyə sektorunun rahat nəfəs alması üçün təxirəsalınmaz tədbirlər görməsi zamanın tələbidir. O, ötənlərdən acı miras qalmış bir çox qaranlıq əməliyyatların üzərinə gedərək ölkənin bank sektorunun üzərinə qara bulud kimi çökmüş bir çox problemləri həll etməlidir. Əks halda o da enində-sonunda Rüfət Aslanlı və İbrahim Alışovun uğursuz aqibətini yaşamalı olacaq...


 


Ötən dövr ərzində Əmanətlərin Sığortalanması Fondunda baş vermiş qanusuzluqlar, büdcə vəsaitlərinin təyinatından yayındırılmaqla necə mənimsənilməsi, bağlanılmış bankların əmlakların hansı yollarla talanması haqqında növbəti yazılarmızda ətraflı məlumat verəcəyik.

Teqlər:
Bu xəbər cəmi 3295 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR