Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Leriklilər İqbal Məmmədova ömür boyu unutmayacağı "Relax" sürprizi hazırlayır...

Leriklilər İqbal Məmmədova ömür boyu unutmayacağı

Qalmaqallı və oliqarx deputat İqbal Məmmədovun yenidən Lerikdən deputatlığa namizəd kimi göstərilməsi rayonda böyük səs küy və etirazlara səbəb olub. Leriklilər indiyədək rayondan yalnız öz biznesini inkişaf etdirmək üçün istifadə edən, leriklilərə yuxarıdan aşağı baxan, vətəndaşların əmlaklarını qəsb edən, vergi əməkdaşlarını döydürən İ.Məmmədovun namizədliyini yolverilməz hesab edirlər.


 


Rayonda bir qrup Lerik sakini İqbal Məmmədovun namizədliyinin geri götürülməsi xahişi ilə Yeni Azərbaycan Partiyasının rəhbərliyinı müraciət etməyə hazırlaşırlar.


 


Məlumata görə, artıq rayonda İqbal Məmmədovun deputat seçilməsi üçün işlərə başlanılıb. Rayon icra hakimiyyətinin rəhbərliyinə təmsil olunan şəxslər yerli dövlət qurumlarının rəhbərlərinə, məktəb direktorlarına və digər yerli müəssisələrin rəhbərlərinə göstəriş verib ki, sosial şəbəkələrdə digər namizədlərin paylaşımlarını kimsə bəyənməsin, paylaşmasın və müsbət şərhlər yazmasınlar.


 


Rayon rəhbərliyi digər namizədlərə səs verəcək şəxslərin tutduğu vəzifədən azad olunacağını bildirərək vətəndaşlara hədə-qorxu gəlməyə başlayıb. Məlumata görə, rayon rəhbərliyi kənd icra nümayəndələrinə, bələdiyyə sədrlərinə və müəssisə rəhbərlərinə zəng edərək, bu tip tapşırıqlar verməkdədir.


 


Eyni zamanda 78 saylı Lerik seçki dairəsi də İcra Hakimiyyətinin təsiri altında digər şəxslərin namizədliyi əngəlləmək üçün süni problemlər yaratmağa başlayıb.


 


Qeyd edək ki, İ.Məmmədovun oğlu Mirhəmid Nərimanlı bu ilin avqustda Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzində dövlət məmurlarının döyülməsinə görə həbs edilib.


 


Belə ki, avqustun 16-da “Relax” istirahət mərkəzində nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onlara qanuni fəaliyyətini həyata keçirlməsinə maneələr törədilib. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib. Hadisə yerinə gəlmiş Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməyib, istirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirib, bundan başqa Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər.


 


Həmin faktla bağlı cinayət işi başlanıb.


 


İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri – Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. (Hokm.az)

Teqlər:
Bu xəbər cəmi 3680 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR