AMEA prezidenti Ramiz Mehdiyev akademiklərin fəaliyyətini tənqid edib. Onun çıxışına cavab olaraq iqtisadçı alim, keçmiş maliyyə naziri Saleh Məmmədov Bizimyol.info-ya bildirib ki, akademik düz desə də özü də bu problemlərin yaradıcılarından biridir.
Müdrik adamlar səhvi ilk növbədə özlərində axtarırlar, çılğınlar isə onun –bunun üstünə yıxıb başlarını atıb yatırlar.
Bu gün AMEA-nın fəaliyyəti yarıtmaz dərəcədədir deyən alim qeyd edib ki, Azərbaycan elmi Sovet İttifaqının tərkibində olarkən sürətlə inkişafda idi, lakin müstəqilliyimizi qazandıqdan sonra problemlər yarandı. Elm tarixinin araşdırması göstərir ki, müsəlmanların əlinə keçən kimi elm çökür, başqalarının idarəçiliyi zamanı (məsələn Rusiya ilə bir yerdə olduqda) elm çiçəklənir. “AMEA Azərbaycan elminin inkişafına böyük töhfələr verib. 92-ci ilə qədər elm sahəsində ciddi inkişaf və nəticələr var idi. İndi isə Azərbaycan elminin nəfəsliyi bağlanıb, potensial azala-azala gedir, hətta radikal deputatların və hökumət üzvlərinin bəziləri AMEA-nın ləğv edilməsini təklif edirdi. Bu da yalnış istiqamət idi. Elə buna görə bu gün elmimiz sıfırlanma dərəcəsinə gəlib çatıb. Sovet dövründə elmin inkişafına 150 milyon dollar ayrılırdı. Elmi tədqiqat institutları var idi, indi onların adı qalıbsa da, kağız üzərində qalıb. Sovet dövründə ildə ən az 1300 patent alınıb beynəlxalq səviyyəyə çıxarılırdı, indi bu 150 ola, ya olmaya. Sovet dövründə elm xərcləri 150 milyon idi, indi 85 milyon olub. ÜMD artıb, elmə xərclənən vəsait 2 dəfə azalıb. Əhalinin sayına uyğun olaraq bu da artmalıydı. Elmi işçilərin sayı sürətlə azalıb.Ramiz müəllim bunun səbəblərini araşdırmalı sonra akademiklərə irad tutmalıydı. 80-ci illərdə Ramiz müəllimin siyasətini bizim qabağımıza “tormoz” kimi qoyublar. 1978-80-ci illərdə iqtisadiyyat sahəsində Ramiz Mehdiyev bizə mane olub, olmaz deyib. Mənim müdafiəm Sovet İttifaqı ilə Azərbaycan fondlarının qarşılıqlı əlaqəsinə həsr olunmuşdu. Bunu çox çətinliklə araşdırmışdım. O zaman Azərbaycanın gəlirlərinin 40 faizindən çoxu əvəzi ödənilmədən mərkəzi fondlara verilirdi və Azərbaycan respublikalar arasında bu göstərici üzrə birinci yeri turturdu. Ramiz müəllim başına yığdığı akademiklərlə birlikdə bir sıra kitablar buraxdılar. Bu kitablarda akdemiklər isbat edirdilər ki, Azərbaycanın həyatı mərkəzə bağlıdır və bu mərkəz olmadan Azərbaycan bir gün də sərbəst yaşaya bilməz. Mən 10 il öz elmi işimin hazırlanmasına vaxt sərf etdim. Lakin hər yerdə mənim qarşıma onun kitablarını qoyurdular ki, Ramiz Mehdiyev belə deyir. Hətta, o zaman Heydər Əliyev də bu məsələni ciddi qaldırmışdı. 1980-ci il Fevral Plenumunda O demişdi ki, Azərbaycan mərkəzə çox böyük qarşılqısız vəsait ödəyir, bunun azaldılması və respublikada qalması lazımdır. Heydər Əliyev birinci katib idi. O təsdiq ertdi ki Azərbaycanın inkişaf etməsi namiznə onun özünə bu kömək lazımdır. Heydər Əliyev bunu təsdiq etsə də bir il keçmədən Ramiz Mehdiyev yenidən o kitabı dərc etdirdi və yenə öz dediyini deməyə davam etdi. (Sovetskiy Azerbaydjan: mifı i deystivitelnosti). Azərbaycan elminin bütün kurasiyası 40 ilə yaxındır onun əlindədi. İndi də AMEA kimi böyük bir potensialı tamamilə onun sərəncamına verilib ki, batmış gəmini çıxartsın, işi gücləndirsin. Necə gücləndirə bilər? AMEA da çox güclü alimlər var . Nə oldu? O zaman patent alan alimlərimiz var idi indi yoxdur?Atılan addımların hamısı elmin inkişafına yox, ləngidilməsinə yönəldi. Hər probemin iki səbəbi var. Pul və pulun istifadəsi problemi. Dünya miqyasında adambaşına düşən elm xərcləri 1500 dollar, Azərbaycanda 7-8 dollar təşkil edir. Bu heç sosial yardım üçün yetmir. Müəllim, alim o vəziyyətdədir ki, elmdən başqa hər şeylə məşğul olur. Alimin 90% vaxtı dolanışığa və intiriqalara, siyasilərin qarşısında özünü bəraətə sərf olunur. Sovet dönəmindən sonra elmlə məşğul olmaq ən məşəqqətli, ağır, səmərəsiz və nəticəsiz işdir. Azad olmayan alim yaradıcı ola bilməz. Bu gün alimlərimiz tamamilə asılı vəziyyətdədir. Başını qaldıranın da başını kəsirlər.Dövlət də təmin etmir. Maliyyə mexanizmi sistemi dəyişməlidir. Ağır vəziyyətdir. Şöbədə bir adam işləyir, bütün işi aparır, beş nəfər də məmur xanımlarını qoşublar ora onlar da boş yerə maaş alırlar. Xaricdən gələn qrantları istifadə edə bilmədiklərini deyir, Ramiz müəllim. İnkişaf etmiş ölkələrin BMT qarşısında öhdəliyi var. Geridə qalmış dövlətlərin büdcəsinə yardım etmək öhdəliyindən gedir söhbət. Ramiz müəllim bu siyasəti ortaya ataraq qrantlara qadağa qoydu. 5 il üçün Avropa İttifaqı birgə elmə 84 milyard avro pul ayrılıb. Amma qrant haqqında elə bir qanun düzəltdilər ki, o qrantları almaq mümkün deyil. Başqa ölkələr dəridən qabıqdan çıxırlar ki, bu yardımlardan daha çox yararlansınlar. Bizdə Ramiz müəllimin qəbul etdiyi sistemlə ciddi surətdə məhdudlaşdırdılar. Yaxşı, bu müxalifətin aldığı qrantlar aydındır, səbəbi anlaşılandır.
Bunu niyə alimlərə, universitetlərə də tətbiq edirsiniz. Alimlərimizin çoxu da hakim partiyaların üzvüdürlər. Bunlar ki, hakim iqtidara qarşı istifadə olunası deyil. Bir qrantı almaq üçün 3-5 ay sürünüb qeydə aldırmaq lazımdır, 7-8 instansiyada kimlərinsə bığının altından keçməlisən. Bu alim elmlə məşğul olsun, yoxsa, qapı-qapı gəzsin? Elmin əsas göstəricisi sənayedir. Neft sənayemiz ötən əsrin əvvəlləri səviyyəsindədir. Ali məktəblərimiz də elə. Ali məktəblərdə tədqiqat, elm yükü yoxdur sadəcə tədris var. Sovet vaxtı professorun yükünün 50%-i elm araşdırmadan ibarət idi. İndi isə bir saat da vaxt verilmir. Elmi indi orta məktəblərdə daşımaq lazımdır. AMEA başı üstədi, islah etmək lazımdır. Nəhəng bir universitetə çevirmək olar, böyük elm ocağı qurmaq olar. Amma bu Ramiz müəllimlik deyil. Bacarsaydı 40 il elmin sükanında olub. İndi nöqsanları göstərir, nöqsanları hamı bilir. Əsas problemi həll edib aradan qaldırmaq lazımdır. Elm inkişaf etməsə bütün planlar uğursuz olacaq. Bu gün sabah erməni üstümüzə canlı əsgər əvəzinə robot göndərsə, biz nə ilə cavab verəcəyik? Bizim hər bir əsgərimizin hər bir tankımızın addım- addım izləyirlər. Xaricdən alınan silahın proqram təminatı addım-addım izlənilir. Bunu bizim özümüzdə etmək, işləməyi bacaran kadrlar hazırlamaq lazımdır. İldə elmimizə ən az 3-4 milyard xərc çəkməliyik, bu ikiqat bizə geri qayıdacaq. İşləmək qurmaq lazımdır, sadəcə tənqid edib nöqsanları deməklə heç nə etmək olmaz”,- deyə alim qeyd edib.