Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

BNA-dan şişirdilmiş qiymətə alınan yol lövhələri haqda açıqlama

BNA-dan şişirdilmiş qiymətə alınan yol lövhələri haqda açıqlama


Bakı Nəqliyyat Agentliyi şişirdilmiş qiymətlərlə yol lövhələri  alması haqda xəbərə münasibət bildirib.



“Yeni Sabah” xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlamasında KİV-ləri qərəzli məlumat yaymaqda ittiham edib. Onun fikirlərini təqdim edirik:



“Əhalinin nəqliyyat sahəsinə olan diqqət və marağından sui-istifadə edən bəzi KİV-lər ictimai nəqliyyat və yol hərəkətinin təşkili ilə bağlı məlumatların yayılmasında qeyri-peşəkarlıq, bəzi hallarda isə qərəzli mövqe nümayiş etdirirlər. Bütün bunlar isə dövlət tərəfindən şəhər nəqliyyat sistemində həyata keçirilən və son illər keyfiyyətcə yeni mərhələyə qədəm qoyan islahatlara xələl gətirmək, vətəndaşlarda görülən işlərə qarşı inamsızlıq yaratmağa xidmət edən uğursuz cəhdlərdir.



Növbəti belə uğursuz cəhd Bakı Nəqliyyat Agentliyi tərəfindən piyadalar üçün istiqamət göstərici lövhələrin alınması ilə bağlı informasiyanın yayılması zamanı edilib. Belə ki, Dövlət Satınalma Reyestrinə istinadən bu barədə məlumatı əldə edən bəzi KİV nümayəndələri təxəyyüllərinə uyğun yalan məlumatlar yayımlayıblar. Ucuz reytinq qazanmaq və digər çirkin məqsədləri güdən həmin şəxslər, eyni zamanda, jurnalist kimi nə dərəcədə savadsız olduqlarını da bir daha nümayiş etdiriblər. Dövlət Satınalma Reyestrində açıq şəkildə söhbətin piyadalar üçün istiqamət göstərici lövhələrin alınmasından getdiyi qeyd olunsa da özlərini jurnalist adlandıran həmin şəxslər Bakı Nəqliyyat Agentliyini adi yol nişanının dəyərini şişirtməkdə ittiham ediblər.



Məsələyə peşəkar yanaşma olsaydı, həmin məlumatı və onunla bağlı sual doğuran məqamları dəqiqləşdirmək üçün Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə əlaqə saxlanılardı.



Bu cür savadsız və tam qərəzli formada yayılan hər hansı əsassız bir fikir və yalnış rəy görülən işlərə kölgə salmaqla yanaşı, insanlar arasında yersiz təşviş və çaşqınlığın yaranmasına gətirib çıxarır.



Bir daha bu cür qeyri-peşəkar və qeyri obyektiv mövqedən çıxış edən KİV-i nümayəndələrini diqqətli olmağa çağırırıq. Eyni zamanda, tövsiyə edirik ki, əldə etdiyiniz məlumatı aidiyyəti üzrə qurumun Mətbuat Xidməti ilə dəqiqləşdirmədən yayımlamaqdan çəkinin”.



M. Ağayev açıqlamasında yalnız bu xəbəri yayan KİV-ləri ittiham edib, amma həmin yol lövhələrinin  xarici ölkələrdəki qiymətləri ilə bağlı yaydığı xəbər haqda heç nə deməyib.  BNA təmsilçisi deyir ki, saytımızın Almaniyada 31 avroya satılan yol nişanının agentlik tərəfindən 1840 manata rəsmiləşdirilməsi xəbəri həqiqəti əks etdirmir: “Bu lövhə bizim aldığmız yol lövhəsi deyil”. M. Ağayev BNA-nın sifariş etdiyi yol lövhəsinin nümunə olaraq fotosunu da  redaksiyamıza göndərib.



Hər ehtimal həmin lövhənin də Almaniyadakı qiyməti ilə maraqlandırq. Məlum olur ki, heç bu nişanlar da iddia olunan qiymətə (1082 dollar) deyil. Həmin yol lövhələrinin qiyməti 85-216 avro arasında dəyişir.



Xatırladaq ki, BNA 2020-ci ildə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdıracaq. Bir yol nişanının bi ədədi dövlətə 1840 manata (1082 ABŞ dollarına) başa gələcək. Müqavilənin ümumi dəyəri 920 min manatdır.


Teqlər:
Bu xəbər cəmi 1225 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR