Yaponiya hava yolları 2020-ci ilin yayında ölkəyə səfər edəcək xarici turistlərə pulsuz 50 min daxili uçuş bileti təklif edəcəyini bildirib.
TİA.AZ xəbər verir ki, pulsuz biletlər 1 iyul-30 sentyabr arasında Tokiodakı “Hanede” hava limanı ilə Osakadaki “Itami” və “Kansai” hava limanlarından uçuş edən xarici turistlərə veriləcək.
Sözügedən kampaniya 2020-ci il Tokio Olimpiya və Paralimpiya Olimpiya Oyunlarını izləmək etmək üçün ölkəyə gələn turistləri ölkənin ucqar yerlərini ziyarət etməyə təşviq etmək məqsədi daşıyır.