Deputat, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev bu dəfə də parlament seçkilərinə qatılıb.
Mia.az xəbər verir ki, o, örən seçkidə deputat olduğu dairədən - 15 saylı Yasamal 1-ci seçki dairəsindən yenidən deputatlığa namizədliyini irəli sürüb.
Biznesmen-deputatın YAP-ın siyahısı açıqlanmadan seçkiyə qatılması, sosial şəbəkədə maraq doğurub.
Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyası hələ də "seçki siyahısı"nı açıqlamayıb.