Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Azərbaycan girovları azad etmək üçün qarşı tərəfə ultimatum verməsə bu iş belə də davam edəcək"


İrəvandakı Beynəlxalq İnsan İnkişafı mərkəzinin rəhbəri Tevan Poqosyan erməni mediasına açıqlamasında işğal altındakı Şuşa şəhərimizin həbsxanasında əsir saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin doğmalarının onlarla görüşə bilməsindən də danışarkən vurğulayıb ki, bu görüş yalnız rəsmi Bakının Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı rejim rəhbərliyinə “müraciəti”ndən sonra baş tuta bilər... 


 


Erməni sosioloq belə bir “müraciət”ə misal olaraq Azərbaycan jurnalistlərinin Qarabağa son səfəri zamanı Bakının ATƏT nümayəndəsi A.Kasprşik vasitəsilə qondarma rejimin qanunsuz “xarici işlər nazirliyi” ilə əlaqə qurmasından bəhs edib. Poqosyan sual verir ki, Azərbaycan “Artsax Respublikası”nın “mövcudluğu”nu qəbul edərək belə bir addım atacaqmı?..


 


Görünən odur ki, işğalçı ölkə konkret olaraq Azərbaycanla məzələnir. Şəxsən Siz bu girovların azad olunması üçün Azərbaycan tərəfinin hansı addımlar atmalı olduğu qənaətindəsiniz?


 


Türkiyənin Ərciyəs Universitetinin professoru, tanınmış ermənişünas alim, siyasi şərhçi Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında işğalçılarla onların başa düşəcəyi dildə danışmağa ehtiyac olduğunu bildirdi:


 


"Sualın sonuncu hissəsindən başlıyım. Mən artıq bu fikri bir neçə dəfə səsləndirmişəm. Şahbaz və Dilqəmin azad olunmasının iki yolu var. Birincisi, Ermənilərin iki adamını tutub gətirirsən və onları mühakimə edirsən və sonra onları dəyişirsən. Dövlət belə bir adddımı ata bilərmi? Əlbəttə, edə bilər. Niyə etmir? Bu başqa bir söhbətdir. İkinci yol Dağlıq Qarabağda antiterror əməliyyatları keşirməkdir. DQ-da partizan müharibəsi keçirməkdir. Bunları edə bilərikmi? Bu da ayrı bir mövzudur. Siz də doğru tutmusunuz ki, ermənilər artıq bizimlə məzələnirlər, bizi, dövlətin önəmli şəxslərini təhqir etməkdən, onları dolamaqdan çəkinmirlər. Elə bilirsiniz ermənilər Şahbaz və Dilqəmin qarşılığında Azərbaycanın qondarma qurumu tanımayacağını bilmirlər? Bizi ələ salırlar. Kimsə belə bir addımın atılmasını məqbul sayırsa, o, Azərbaycanın milli maraqlarına xəyanət etmiş olur. Dağlıq Qarabağ işğal altında olsa da o Azərbaycanın tərkib hissəsi kimi tanınır və ermənilərin bütün cəhdləri adına indi "Artsax respublikası " dedikləri bölücü qurumu tanıtmaqdır. Şahbaz və Dilqəm faktorundan da bu iş üçün yararlanmaq istəyirlər. Təbii ki, hamımız Şahbaz və Dilqəmin ailə üzvlərinin dərdlərinə qatılırıq. Amma bu iş milli məsələdir. Onları azad etmək acizliyi göstərmək özü bizim məsələyə mübasibətimizin bir göstəricisi sayılmalıdır. Mənim qənaətim budur ki, Azərbaycan girovları azad etmək üçün qarşı tərəfə ultimatum verməsə bu iş belə də davam edəcək".

Teqlər:
Bu xəbər cəmi 1710 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR