Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazirlikdən sakinlərlə fəhlələrin qarşıdurması ilə bağlı - Açıqlama

Nazirlikdən sakinlərlə fəhlələrin qarşıdurması ilə bağlı -  Açıqlama
Əraziyə dəmir boruların kimlər tərəfindən basdırılması araşdırılılr


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda sakinlərlə fəhlələr arasındakı qarşıdurmaya aydınlıq gətirib. "Qafqazinfo" nazirliyin açıqlamasını təqdim edir:



"İyulun 4-də bir sıra kütləvi informasiya vasitələrində Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində, Tofiq Bəhramov adına Respublika stadionunun arxasındakı meşə zolağının qırılması və bu barədə guya ETSN-yə məlumat verilsə də, heç bir tədbirin görülməməsi ilə bağlı yazı dərc olunub. 



Bildiririk ki, ETSN-yə bu ərazidə ağac kəsilməsi ilə bağlı məlumat verilməsi və bunun müqabilində tədbir görülməməsi barədə yazılanların heç bir əsası yoxdur. Çünki sözügedən ərazidə ağac kəsilməsi ilə əlaqədar Nazirliyə hər hansı məlumat daxil olmayıb.



Bununla belə, yayılmış məlumatın araşdırılması məqsədilə ETSN-də təcili olaraq operativ qrup yaradılmış və mətbuatda adına istinad edilmiş şikayətçi Vaqif Əliyevin araşdırmada iştirakının təmin olunması üçün Nazirlik tərəfindən müvafiq mətbuat orqanına müraciət olunub. Lakin həmin şəxsin ünvanının və telefon nömrəsinin yazını dərc etmiş mətbu orqan tərəfindən götürülmədiyi əsas gətirildiyindən şikayətçinin araşdırmada iştirakı mümkün olmayıb. 



Nazirliyin əməkdaşları yayılan məlumatla əlaqədar araşdırma aparan bir neçə jurnalistin iştirakı ilə sözügedən əraziyə baxış keçirmişlər. Bütün ərazi boyu aparılan araşdırma və yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, həmin ünvanda heç bir ağac kəsilməmiş, yalnız bir neçə yerdə dəmir borular basdırılmışdır. Əraziyə dəmir boruların kimlər tərəfindən basdırılması araşdırılılr. Çünki mövcud qanunvericiliklə torpaqlardan istifadə onun mülkiyyətçisi tərəfindən həyata keçirilir və torpaq sahəsinin ayrılması da aidiyyəti qurumların səlahiyyətində olduğundan ETSN bu ünvandakı torpaq sahəsinin kimə ayrılmasından məlumatsızdır. Buna baxmayaraq, sözügedən ərazidə mövcud olan ağaclar Nazirliyin əməkdaşları tərəfindən sayılaraq müvafiq icra orqanlarına təhvil verilmiş və ərazi nəzarətə götürülüb. 



Bildiririk ki, haqsız, yoxlanılmamış faktlar əsasında məlumatların yayılması bizdə sadəcə təəssüf doğurur. Ağac kəsilməsi barədə məlumat vermiş Vaqif Əliyev adlı şəxsin ünvanının, telefon nömrəsinin mətbu orqan tərəfindən götürülməməsi və anonim zəng əsasında yoxlanılmamış, qarşı tərəflə dəqiqləşdirilməmiş məlumatın yayılması jurnalistikanın prinsiplərinə nə dərəcədə uyğun gəlir? 



Hesab edirik ki, bu cür yazıların mətbuatda yer alması ictimai fikri çaşdırmağa xidmət edir, məqsədli surətdə aidiyyəti olmayan məqamlar ETSN ilə bağlanılır, onun adının hallandırılması üçün yerli-yersiz səbəblər axtarılır. Halbuki müəyyən torpaq sahələrində yaşıllıqların çəpərə alınması və tikinti işlərinin aparılması barədə sərəncamlar ETSN tərəfindən verilmir".


Teqlər:
Bu xəbər cəmi 1535 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR