Prezidentinin Administrasiyasının (PA) sabiq şöbə müdirinə yeni vəzifə verilib.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Qasım oğlu Nuriyev Ədliyyə nazirinin müavini vəzifəsinə təyin olunub.
Xatırladaq ki, ötən ay Prezidentinin Administrasiyasında aparılan struktur dəyişikliyi zamanı Eldar Nuriyev rəhbərlik etdiyi Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilmişdi.
Həmin vəzifəyə isə Əmlak Məsələləri üzrə Dövlət Komirtəsinin keçmiş sədri Kərəm Həsənov rəhbər təıyin olunub.