Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Bu sahədəki fəaliyyət Prezidenti qane etmir”

“Bu sahədəki fəaliyyət Prezidenti qane etmir”
"Cənab Prezident İlham Əliyevin bəyanatının təməlində o dayanır ki, heç kim Azərbaycan qanununu pozmağa cəsarət etməməlidir".


 Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Xəzər" TV-yə müsahibəsində Prezident İlham Əliyevin fevralın 12-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda yekun çıxışını şərh edərkən deyib. "Cənab Prezidentin etdiyi iradlar xüsusən ona yönəlmişdi ki, istər məmur övladları, istər böyük iş adamlarının övladları, istərsə də imkanlı ailələrin övladları olsun, bunların hər biri həm ictimai davranış normalarına əməl etməlidir, həm də qanunlara tabe olmalıdır. Əgər tabesizlik olacaqsa, hər bir hala qarşı ciddi tədbirlər görüləcək", deyə Əli Həsənov bildirib.



PA rəsmisi deyib ki, dövlət qulluqçularının hər birinin fərdi davranış normaları var. "Nəyə görə iş adamları hələ də hansısa strukturlardan şikayət etsinlər? Xüsusən yerlərdə iş adamları bu və ya digər sosial layihələrə məcburən cəlb olunsunlar? Bütün bunların hamısı orada tam açıqlığı ilə və tam bəlli prinsiplər əsasında açıqlandı və düşünürəm ki, bundan sonra da bu xətt davam etdiriləcək", deyə PA-nın şöbə müdiri qeyd edib.



Əli Həsənov bildirib ki, avtoxuliqanlıq edib, pərdə və plyonka taxan sürücülərin hərəkətləri insanlarda qıcıq yaradır.



Konfransda korrupsiyaya qarşı mübarizə ilə bağlı səslənən fikirləri şərh edərkən PA rəsmi bildirib ki, korrupsiyaya qarşı mübarizə kampaniya xarakteri daşımır. "Cənab Prezident müşavirədə bəyan etdi ki, bu sahədəki fəaliyyət onu qane etmir. Bu sahədə hələ də problemlər var və bu problemlər davam edir. Ona görə də bunun qarşısını almaq üçün yenidən Cənab Prezident mərkəzi və icra hakimiyyəti orqanları qarşısında, müvafiq komissiyalar qarşısında ciddi vəzifələr qoydu".



Ə. Həsənov onu da qeyd edib ki, Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu və "Real" Hərəkatının həmsədri İlqar Məmmədovun həbsi ilə bağlı məsələ bəzi daxili, xarici qüvvələr tərəfindən siyasiləşdirilir. "Hər bir insan Azərbaycan qanunlarına sayğı ilə yanaşmalıdır və bu insanların da qanunlara sayğı ilə yanaşıb-yanaşmaması məsələsi müvafiq araşdırmadan sonra bəlli olacaq". /Trend/


Teqlər:
Bu xəbər cəmi 2150 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR