Rusiyanın Xabarovsk diyarında “Su-57” tipli qırıcı təyyarə qəzaya düşüb.
TİA.AZ-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hadisə təlim uçuşu zamanı Dzemqi aerodromundan 111 kilometr məsafədə meydana gəlib.
Qeyd olunur ki, pilot katapult etməyi bacarıb, xəsarət almayıb. O, “Mi-8” vertolyotu ilə ərazidən təxliyə edilib.
Güc strukturlarındakı nümayəndənin sözlərinə görə, qəzanın baş verməsinə təyyarədə yaranmış nasazlıq və pilot səhvi səbəb olub.
Hadisənin təfərrüatları araşdırılır.