Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada silahlı hücum həyata keçirmiş Yevgeni Manyurovu ifrat millətçi “Etnik Milli Birlik” hərəkatının üzvü olduğunu hesab edir.
Məlumatı “Fontanka” agentliyi yayıb.
Sözügedən hərəkat rusların, ukraynalıların və belarusların birliyini tələb edir.
Xəbərdə qeyd olunur ki, “Etnik Milli Birlik” hərəkatının mərkəzi Kiyev şəhərində yerləşir.
Hərəkatın Moskva, İrkutsk və Rostovda özəkləri var. Cinayətkarın mənzilində aparılan axtarışlar nəticəsində “Etnik Milli Birlik” hərəkatının bayrağı aşkar edilib.