“”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir özü də daxil olmaqla hər bir dünya liderinin səhvlərinin ola biləcəyini söyləyib: “Mursinin səhvləri var, elədir-belədir” kimi fikirlərin doğru olmadığını düşünürəm. Hər siyasətçinin, hər siyasi liderin səhvləri ola bilər. Mənim də səhvlərim ola bilər, digər siyasətçilərin də. Cəza vermək və ya siyasətdən uzaqlaşdırmaq bəzi qüvvələrin vəzifəsi deyil. Onu xalq seçib, xalq da qova bilər. Əgər o, dərsini alıbsa xalqın qarşısına çıxmalı və üzr istəməlidir”.