“Bələdiyyə seçkilərini izləmək üçün seçki məntəqələrində xüsusi kreslolar qoyulub”.
“Report” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin açıq elan edilməsi ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib
Onun sözlərinə görə, həmin kreslolar elə qoyulub ki, bütün məntəqəni müşahidə etmək mümkündür:
“Ümumilikdə, müşahidəçilərin fəaliyyəti üçün həmişə olduğu kimi bu dəfə də yüksək şərait yaradılb. Seçikilər şəffaf keçirilməsi həm namizədlər, həm də seçicilər üçün hər cür şərait yaradılıb”.
M.Pənahov qeyd edib ki, səsverməyə başlayıb və istənilən şəxs Mərkəz Seçki Komissiyasının saytına daxil olmaqla onlayn şəkildə veb-kameralar vasitəsilə seçki prosesini izləyə bilərlər: “Bilirsiniz ki, 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Azərbaycanda ötən ilin sonundan başlayaraq yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb. Məndə olan məlumata görə, 1,5 milyon vətəndaşa yeni nəsil şəxsiyyət vəsiqəsi paylanlıb. Onlardan 1 milyondan çoxu seçici hüququ olanlardır. Biz yeni nəsil şəxsiyyət vəsiqəsi daşyanların da səs vermələri üçün müvafiq şərait yaratmışıq”.