“Əsas məsəl ölkədə ədalətli və qanuni seçki mühitinin formalaşdırılması olmalıdır. Bu olarsa prosses özü öz seçimini edəcək və qadınlarımı, gənclərimi, kişilərimi qabağa çıxacağı obyektiv olaraq görünəcək. Qadınların ölkənin siyasi, sosial və iqtisadi həyatındakı rolu demokratik problemdir. Azərbaycanda demokratik cəmiyyət demək olar ki, yoxdur. O, ölkələrdə ki, demokratiya var, həmin ölkələrin siyasi, sosial və iqtisadi həyatında qadınlar geniş şəkildə iştirak edirlər. Amma o ölkələrdə ki, demokratiya yoxdur, orada qadınların hər hansı sahədə iştirakı çox aşağı səviyyədədir”.
Bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
ADP sədri qeyd edib ki, demokratiya dövlətin və cəmiyyətin həyatında vətəndaşların azad, maneəsiz iştirakını nəzərdə tutdur:
“Buna görə də əslində demokratiya olan yerdə təkcə qadınlardan söhbət getmir. Demokratiya olmayan yerdə sosial qrupların heç bir cəmiyyətdə azad və bərabər şəkildə dövlətin həyatında iştirak edə bilmir. Bu baxımdan sosial qruplar da ayrı seçkiliyə məruz qalır. O cümlədən kişilər və gənclər də belə bir cəmiyyətdə azad şəkildə seçkilərdə iştirak edə bilmirlər. Bu gün biz qadınların parlamentdə müəyyən bir miqdardan artıq təmsil olunması problemini ortaya qoymamalıyıq. Biz ölkədə demokratikləşmə problemini ortaya qoymalıyıq. əsas məsəl ölkədə ədalətli və qanuni seçki mühitinin formalaşdırılması olmalıdır. Bu olarsa prosses özü öz seçimini edəcək və qadınlarımı, gənclərimi, kişilərimi qabağa şıxacağı obyektiv olaraq görünəcə. Həmçinin bu proses cəmiyyətin özünün inkişaf və düşüncə sistemi ilə bağlı ilə də bağlıdır. Adətən belə ideyalar səslənir ki, bu dəfə gənclər və qadınlar qabağa verilməlidir. Buna sosial mühəndislik deyilir. Sosial mühəndislik isə tarixdə çox acı nəticələrə gətirib çıxaran bir yanaşmadır. Bu vaxta qədər sosial mühəndisliklə heç kəs irəliyə gedə bilməyib. Hər şey təbii şəkildə inkişaf etməlidir. Məsələn ABŞ-da 1966-cı ilə qədər qadınların seçki hüququ yox idi. Buna görə də ABŞ Konqresində bir nəfər də olsun qadın yox idi. Amma bu gün ABŞ Konqresində daha çox üstünlüyü qadınlar təşkil edir. Azərbaycanda isə 1918-ci ildə qadınların seçki hüququ tanınmasına baxmayaraq indi parlamentdə 5-6 qadın var. Həmin qadınlar da demək olar ki, heç bir parlamentar fəaliyyət ortaya qoya bilmədi. Bahar Muradova və Qənirə Paşayeva istisna olmaqla parlamentdə təmsil olunan qadınlar nəinki parlamental fəaliyyət, heç bir nümunə ortaya qoya bilmədi. Məsələn Zeynəb Xanlarova 4 dəfə parlamentdə təmsil olundu. Zeynəb Xanlarova bir dəfə ağzını açıb bir qanunverici orqanı təmsil edən şəxs kimi nə qanunlar, nə ölkədəki vəziyyət, nədəki dövlət haqqında ağıllı söz demədi. Zeynəb Xanlarova nə vaxt parlamentdə söz dedi, gülüş hədəfi oldu. Belə qadınların suni şəkildə parlamentə gətirilməsi əslinə baxanda dövləti süquta aparır. Həmçinin uzun illər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanı misal göstərmək olar. Bu qadın 82 yaşa qədər ombudsman oldu. Amma Elmira Süleymanovanın ölkədə hansısa, problemi həll etdiyini görən oldu? Təbii ki, görən olmadı, çünki heç bir iş görə bilmirdi. Ölkədə o cür vəzifəni daşıyan, yəni İnsan Hüquqları üzrə Müvəkkil olan bu qadının sadəcə olaraq adı var idi. Hətta bir vaxtlar hazırkı parlamentdəki qadınlar haqqında deyilirdi ki, parlamenti hərəmxana ediblər. Yəni hərə öz sevgilisini, məşuqəsini gətirib parlamentə salıb. Bu cür qadınların parlamentdə üstünlük təşkil etməsi Azərbaycan cəmiyyətinə heç nə ver bilməz. Buna görə də biz ümumiyyətlə ölkədə demokratiyanın problemini qaldırmalıyıq. Ölkədə vətəndaşların cəmiyyətin və dövlətin həyatında iştirak hüququndan danışmalıyıq. Vətəndaşın qadını, kişisi, cavanı qocası yoxdur. Sadəcə olaraq vətəndaş siyasi, hüquqi termindir. Vətəndaş ölkənin həyatında iştirak edən, konkret olaraq dövlətlə hüquqi münasibətlərə girmək istəyən insan deməkdir. Buna görə də biz Azərbaycanda vətəndaşlıq institutunun təşəkkül tapmasını, möhkəmlənməsini tələb etməliyik, nəyinki qadınların, kişilərin, cavanların sosial hüquqlarının suni surətdə dövlətin və cəmiyyətin həyatında iştirak payından danışmalıyıq. Düşünürəm ki, Azərbaycanda demokratiya inkişaf edəcəyi təqdirdə sosial qrupların ölkə həyatındakı rolu problem olmayacaq. Buna görə də əsas məsələ demokratikləşmədir. Yuxarıda dediyim səbəblərə görə də ABŞ səfirinin Azərbaycan parlamentində daha çox qadınların təmsil olunması fikri ilə razı deyiləm”. (Pia.az)