Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Belə şeyləri fikirləşməsək, hələ çox yandıra-yandıra gedəcəyik və axırda özümüzü də yandıracağıq...”

“Belə şeyləri fikirləşməsək, hələ çox yandıra-yandıra gedəcəyik və axırda özümüzü də yandıracağıq...”

“Camaatımız bir parça çörək qazanmaq üçün it əziyyəti çəkirlər və sonda da yekələrin, qurşaqdan aşağı vuruşanların qurbanı olurlar. Nəticədə etibarilə də ac qalan camaat dövlətdən narazı qalırlar”


Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət son zamanlar paytxat Bakıda baş verən yanğın hadisələri haqda danışarkən deyib. S.Səxavət sadə vətəndaşların ac qalmasına hesablanan bu cür addımlara son qoyulmasını istəyib:


“Bu yanğın məsələsi Sovet dövründən qalan bir ənənədir. Əvvəllər dəfələrlə xəbər tuturduq ki, filan yerdə taxıl tədarüki idarəsinin anbarları yanıb. O yanğının xarakteri başqa cür idi, amma yanaşma eyniydi. Onda heç kim rəqabətə görə bu yanğınları törətmirdi, sadəcə özləri həmin taxılı dədə malı kimi yeyib, dağıdırdılar və heç nə də qalmayanda od vurub yadırırdılar və deyirdilər ki, təəssüflər olsun anbar yandı. Həmin vaxt bu yanğınları törətməklə dövlətə meydan oxuyurdular. Yanğın hadisələri bir növ xilaskar rolunu oynayırdı. 


Amma bu günki yanğınların xarakteri mən bilən tamam başqa şeydir. Xatırlayırsınızsa, “Sədərək” və “Binə” bazarı fasilələrlə iki dəfə yandı. “Diqlas” Ticarət Mərkəzi və bunun ardınca “Eurohome” və üçüncü mikrorayonun bazarı yandı. Bu yanğının xarakteri isə ya rəqabətdi, ya da kiminsə o bazarın yerində gözü var. Camaatımız bir parça çörək qazanmaq üçün it əziyyəti çəkirlər və sonda da yekələrin, qurşaqdan aşağı vuruşanların qurbanı olurlar. Nəticə etibarilə də ac qalan camaat dövlətdən narazı qalırlar. Bu həm Azərbaycan xalqına qarşı atılan odlu, alovlu, həm də dövlətimizə qarşı atılan addımlardır”. 


Yazıçı deyib ki, niyə indiyə kimi bir kitabxananın yanmasının şahidi olmamışıq:


“Sözlərimə bir möhür vurmaq istəyirəm və mənim dediyim sözləri oxuyanlar fikirləşsinlər. Heç siz indiyə qədər eşitmizinizmi ki, bir kitabxana yansın? Əslində kitabxanada çox şey var, amma bizim camaatın baxdığı tərəfdən desək, orda ancaq kağız-kuğuz var. Bizim Axundov Kitabxanası tariximizdi, bu günümüz, sabahımızdı, amma hamı buna elə yanaşmır axı. Yanğın törədənlər üçün M.F.Axundov adına Milli Kitabxana bir kağızdan ibarətdir. Amma nədənsə şura hökumətindən bu günə qədər ancaq bazarlar, ticarət mərkəzləri yanır. Biz belə şeyləri fikirləşməsək, hələ çox yandıra-yandıra gedəcəyik və axırda özümüzü də yandıracağıq”.

Teqlər:
Bu xəbər cəmi 1545 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR