Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Tramvay nəqliyyatının bərpası ekoloji baxımdan da faydalı olar”

“Tramvay nəqliyyatının bərpası ekoloji baxımdan da faydalı olar”
Ərşad Hüseynov: “Bu, tıxaclara qarşı mübarizə baxımından da əhəmiyyətlidir”


“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov mətbuata açıqlamasında  Bakıda tramvayların fəaliyyətinin bərpa olunması haqqında düşnüldüyünü bildirib və qeyd edib ki, bununla bağlı biznes plan hazırlanır.



 Maraqlıdır, Bakıda tramvay xətlərinin bərpası şəhər infrastrukturunun daha da yaxşılaşmasına, tıxac probleminə qarşı daha effektiv mübarizə aparmağa imkan verə bilərmi?



 Moderator.az-a açıqlama verən yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov buna çox böyük ehtiyac olduğunu vurğuladı:



 Travmay xətlərinin bərpası nəqliyyat infrastrukturunun təbii ki, yaxşılaşmasına səbəb ola bilər. 90-cı illərin sonlarında travmay xətlərinin sökülməsi yanlış addım idi. Uzaqgörənlik olmadı, ictimai nəqliyyat unuduldu. Bu gün isə onun acılarını yaşayırıq.



 Tramvay xətlərini o vaxt sökəndə hamıya elə gəlirdi ki, hər kəsin fərdi avtomobili ooacaq və hər kəs istədiyi yerə fərdi avtomobili ilə gedəcək. Amma unutdular ki, bu, faktiki olaraq mümkün deyil. Ictimai nəqliyyat lazımdır. Ictimai nəqliyyatsız şəhər ola bilməz. Mükəmməl ictimai nəqliyyat olmalıdır. Avtobus, metro, tramvay, metrobus və s. kimi ictimai nəqliyyat vasitələrinin olması ancaq fayda verə bilər. Əslində bizim başqa çıxış yolumuz da yoxdur.





Çətin olacağı, bunun üçün çoxlu investisiya gərəkdiyi məlumdur. Bunun üçün zəruri məkan və zamanın da gərəkdiyi şübhəsizdir. Lakin ən azından şəhər ətrafında bu prosesi başlatmaq olar. Tramvay xətlərinin tədricən bərpasına çalışmaq lazımdır. Şəhərətrafı ərazilərlə şəhəri birləşdirən nöqtələrdə tramvayları tədricən bərpa eləmək olar. Bu, ekoloji baxımdan da faydalıdır.



 Ictimai nəqliyyatın çoxşaxəliyi fonunda fərdi nəqliyyatdan istifadə də azılır. Nəticədə, yollarda tıxac olmur, ətraf mühit az çirkləndirilir və s. Buna görə də ictimai nəqliyyata, tramvay nəqliyyatına alternativ yoxdur. Sadəcə, nisbətən az investisiya tutan, rahat başa gələn marşurutları seçib, iş görmək lazımdır”.



 


Teqlər:
Bu xəbər cəmi 1635 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR