Əgər bu seçkilərdə vətəndaşlarımız dinamik, təşəbbüskar, yaradıcı bir parlamentin formalaşmasına səs verərlərsə o, halda belə Parlamentdən gözləntilər kifayət qədər böyük olacaqdır. Peşəkar iqtisadçı və hüquqşünasların daha çox ola biləcəyi və bu gün ölkədə gedən genişmiqyaslı quruculuq işlərinin ruhuna uyğun təşəbbüslərlə çıxış edəcək bir Parlament, Hökumətin apardığı islahatlara böyük töhfələr verə bilər. Deputat xalqın istəyini Ali Məclisdə səsləndirməyə və bu istəyin reallaşdırılmasına bütün varlığı ilə çalışmağa borclu olan bir kəsdir. Əgər o, Parlament kimi mötəbər bir məclisin kürsüsündə ağzına su alıb durmağı, yaxud bu kürsüdən öz şəxsi biznesini inkişaf etdirmək və onu qorumaq üçün istifadə etməyi düşünürsə, bu böyük bir yanlışdır. Belə deputat indi heç kimə lazım deyil. Çünki belə yanaşım artıq keçmişdir və belə keçmiş təfəkkürə sahib olan deputat müasir çağrışlarla ayaqlaşa bilməz. Bu gün bizə Prezidentin təşəbbüsü və rəhbərliyi altında aparılan sürətli islahatların ruhuna uyğun gələn aktiv bir parlament lazımdır. Heç şübhəsiz, yeni Parlament seçkilərinin qarsında duran əsas hədəf də elə bundan ibarətdir.
Fikrət Yusifov,
İqtisadçı alim, professor, AVP sədrinin müavini