Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Rüşvətlə, tapşırıqla mandat qazansanız, əvvəlkilərdən heç bir fərqiniz olmayacaq..."

"Məndən “başqa” dəstək gözləyənlərə bir daha bildirmək istəyirəm ki..."


Son günlər 5-6 nəfər adam dayanmadan mənə zəng edir ki, bizi dəstəkləyin, bizə Milli Məclisə seçkilərdə kömək olun və s. Əzizlərim, nə qədər demək olar ki, məni bu siyasətə, siyasi oyunlara qatmayın. Sizə dəstək də, sizə kömək də məndən yox, xalqdan, seçicilərdən gəlməlidir. Siz yenə də rüşvətlə, pulla, tapşırıqla deputatlıq mandatı qazansanız, sizin əvvəlkilərdən heç bir fərqiniz olmayacaq. 



Millətin vəkili özünün yox, ilk növbədə və hər şeydən əvvəl, millətin gələcəyini düşünməlidir. Bunu birdəfəlik beyinlərinizə həkk edin. Şəxsi gələcəyini, öz ailəsinin firavanlığını seçicilərinin sosial-iqtisadi durumundan üstün tutan deputatlar yenə də xalqının, millətinin düşməni olacaqlar. Bunu çəkinmədən, açıq şəkildə bəyan edirəm. Deputatlığa namizədliyini irəli sürmək hələ o demək deyil ki, sizin qarşınızda dayanan vəzifələri, problemləri layiqli şəkildə həll edə biləcəksiniz. Buna hər şeydən əvvəl, mənən hazır olmalısınız, çünki təcrübə göstərir ki, “millət vəkili” mandatı alanlar sırasında yaltaqlıq və məddahlıq edərək boğazlarına qədər rüşvət və korrupsiya cinayətlərinin içində boğulanlar var. Belələri seçicilərin onlara verdikləri, bəziləri isə pulla aldıqları səlahiyyətlərdən sui-istifadə edərək özlərindən başqa heç kimi fikirləşməyiblər və bu, indi də belədir. Ona görə tövsiyəm odur ki, sələflərinizə heç bənzəməyin: nə seçicilərinizlə davranışınızda, nə də onların ac-gözlüyündə. Gözəl, savadlı, bacarıqlı, zəhmətkeş xalqım 2020-cu il fevralın 9-da tamamilə fərqli Milli Məclis formalaşdıra bilər. Bu xalqımın, millətimin, mənim hüququmdur. Əlbəttə, mən də qeydiyyatda olduğum, “vosmoy” kimi tanınan 8-ci kilometr ərazisində deputatlığa namizədliyini irəli sürən şəxslərlə bağlı öz seçimimi edəcəm. 9 fevral seçkilərinə dəstəyim yalnız və yalnız bundan ibarət olacaq. Başqa dairələrdən namizədləri onların seçiciləri dəstəkləməlidir. Bir sözlə, məndən “başqa” dəstək gözləyənlərə bir daha bildirmək istəyirəm ki, seçkilər pulla həyata keçirilən bir iş deyil. Əgər belə düşünürsünüzsə, xalqı, seçiciləri aldatmayın. Kənara çəkilin ki, təmiz, saf, milləti üçün böyük işlər görə biləcək insanlar irəli dura bilsinlər. Böyük Azərbaycan xalqı En gözel yaşamağa layiqdir.



Mübariz Mənsimov, "Palmali" Şirkətinin sahibi


Teqlər:
Bu xəbər cəmi 1730 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR