Hər ilin səfər ayının 20-ə təsadüf edən və İmam Hüseynin şəhid edilməsinin 40-cı günü kimi qeyd edilən Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olunub.
Moderator.az "Dəyərlər"ə istinadla xəbər verir ki, bu barədə İmam Hüseyn Ziyarətgahı İdarəsinin rəsmi saytına Kərbəlanın Tədqiqat və Araşdırmalar Mərkəzinin sədri Əbdüləmir əl-Qureyşi məlumat verib.
Ə. əl-Qureyşinin sözlərinə görə UNESCO-nin dekabrın 14-də keçirilmiş toplantısı çərçivəsində Ərbəin ziyarətinin dünya irsinə daxil edilməsi məsələsi səsə qoyulub və bu mərasim yekdilliklə dünya mədəni irsinin siyahısına daxil olub.