Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Millət vəkilləri İlhamə Quliyevaya qarşı

Millət vəkilləri İlhamə Quliyevaya qarşı
Millət vəkili Bəxtiyar Sadıqov deputat həmkarı Çingiz Qənizadənin müdafiəsinə qalxdığını bildirib.


“Yenimeydan.info”nun Publika.Az-a istinadən məlumatına görə, Bəxtiyar Sadıqov bildirib ki, “Çingiz Qənizadə Azərbaycan qanunlarının incəliklərinə qədər bilən çox yüksək səviyyəli peşəkar hüquqşünas və ləyaqətli Azərbaycan vətəndaşı, eyni zamanda, Azərbaycan milli dəyərlərinə hörmətlə yanaşan millət vəkilidir. Mən bir deputat həmkarım kimi onun fikirlərinə hörmətlə yanaşıram. Çingiz Qənizadə müğənnilərlə bağlı mentalitetimizə uyğun səviyyədə fikirlərini səsləndirdi. Tələb də bu oldu ki, Azərbaycan qadınlarına yaraşmayan bu hərəkətlərə son qoyulsun. Bəli, o insanlar özlərini görmür, bir-birlərinin mənəviyyatımıza zidd olan ədəbsiz şəkillərini yayırlar. Çünki bu cəmiyyətin dəyərlərinə hörmət etmirlər. Mən hesab edirəm ki, Azərbaycanın xalq artisti adını daşıyan o insanlar bu şərəfli adı qoruya bilmədikləri üçün bu fəxri adlardan məhrum edilməlidirlər. Bu bir dərs olmalıdır ki, müğənniyə xalq artisti adı yalnız səsə və boğaza görə verilmir, həm də mənəviyyata görə verilir. Mən mənəviyyatımız naminə Çingiz Qənizadənin bu çıxışını qiymətləndirirəm və ona qarşı olunan bu şantaj və hədələri pisləyirəm”.



Millət vəkili Fərəc Quliyev də Ç.Qənizadənin haqlı olduğunu bildirib: “Millət vəkilinin fikirlərinə və özünə hörmətlə yanaşmaq lazımdır. Çünki o ölkənin taleyində məsul insanlardandır və mənəviyyatımıza zərbə vurulan anda onun söz demək hüququ vardır. O haqlı olaraq efirdə kiminsə nalayiq sözlərinə və mənəviyyata zidd fikirlərinə münasibət bildirib. Bir də görürsən hansısa müğənni efirə çıxıb kiməsə əxlaq dərsi keçir, hansı ki, həyatı göz qabağındadır. Amma onun ixtiyarı çatmır ki, efirdən kimlərisə təhqir etsin və Azərbaycan mənəviyyatına xələl gətirsin. Bu mənada mən Çingiz Qənizadəni dəstəkləyirəm. O mənəviyyatımızın korlanmaması naminə bu ifadələri işlədib. Ona qarşı yönələn şantaj və hədə-qorxunu pisləyirəm”. 



Millət vəkili Azər Badamov da İlhamə Quliyevanın deputat həmkarına qarşı səsləndirdiyi kəskin fikirləri pislədiyini deyib: “Çingiz Qənizadə hörmətli hüquqşunasımız və millət vəkilidir. Onun söz demək haqqı var və heç vaxt da artıq söz işlətməz. Onun fikirlərini oxudum və haqlı fikirlərdir. Amma İlhamə Quliyevanın onun barəsində sərt fikirləri, hədə-qorxusu yolverilməzdir. Çingiz Qənizadənin minlərlə seçicisi var və cəmiyyətdə müsbət imici ilə tanınır. Ona qarşı bu hədələrə reaksiyam olduqca sərtdir”.     



Qeyd edək ki, İlhamə Quliyeva saytımıza açıqlamasında Çingiz Qənizadəni hədələyib: 



“Əgər Çingiz Qənizadə bir də mənim şərəf və ləyaqətimə toxunsa, ölkə prezidentinə müraciət edəcəyəm ki, bu barədə ölçü götürsün. O ağlını başına yığsın, öz işi ilə məşğul olsun”. 


Teqlər:
Bu xəbər cəmi 1705 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR