Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Prorektor və müşavirlərin xidməti maşınları və təyinatlar... - Universitetdən şikayət + Açıqlama

Prorektor və müşavirlərin xidməti maşınları və təyinatlar... - Universitetdən şikayət + Açıqlama

"Gəncə Dövlət Universitetinin rektorunun qəbuluna düşmək prezidentin qəbuluna düşməkdən də çətindir. Heç cənab Prezidentin bu qədər müşaviri yoxdur. Möhtərəm Yusif Yusibov özünə xeyli müşavir götürüb. Onların rəyi olmadan rektorun qəbuluna düşmək mümkün deyil".


Bu sözlər  Gəncə Dövlət Universitetindən əməkdaşları olduqlarını deyən, lakin bəlli səbəblərdən adlarını gizlədənlərin Mia.az-ın poçtuna göndərdiyi məktubda yer alıb.


Bildirilib ki, rektorun müşavirləri ASİF Cavadov, İlqar Kuybışev və qohumnu Elsevər Nağıyevdir: "Hələ bu azmış kimi, universitetdə yeni-yeni vəzifələr yaradıblar, həmin vəzifələrə də öz yaxın qohum əqrəbalarını, tanışlarını təyin edib.


Yeni yaranan vəzifələrdən biri də marketinq vəzifəsidir. Bu vəzifəyə Orxan adında birini təyin edib, magistratura şöbəsini bitirib. Başa düşmək olmur, bura universitetdir, yoxsa market?".


Məktubda daha sonra qeyd edilib ki, müşavir Asif Cavadovun həyat yoldaşı da psixologiya kafedrasının müdiri Zümrüd Şirinova vaxtı ilə prezident seçkilərində Lalə Şövkətin vəkili olub: "Bunu təsdiq edən, o vaxt rəsmi qəzetlərdə dərc olunan xəbərin fotosunu da Sizə göndəririk. Xanım Şirinova bu il alternativsiz secki yolu ilə kafedra müdiri təyin olunub...".


Məlumata görə, rektorun təqdimatı ilə baş müşavir Asif Cavadovun baldızı, yəni psixologiya kafedrasının müdiri Zümrüd Cavadovanın bacısı Yeganə xanım da univerisitetdə vəzifə alıb. O, "Ümumi texniki fənlər və texnologiya" kafedrasında emalatxana müdüri təyin edilib.


Şikayətçilər daha sonra universitetin bir çox vəzifə sahiblərinin adlarını hallandıraraq, onlar haqqında müxtəlif iddialar irəli sürüblər. Eyni zamanda, rektorun müşaviri və qohumu Elsevər Nağıyevin (20-AA-522 dövlət nömrə nişanlı), prorektor Gülsüm Fətəliyevanın (Deputat Musa Urudun bacısı, Kəpəz rayonu İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevin qayınanası) 20-AA-556 dövlət nömrə nişanlı, digər prorektor Pərvin Kərimzadənin  20-AA- 352 nömrə nişanlı, müşavir Asif Cavadovun 20-AA-442 nömrə nişanlı, Fəxrəddin Həsənovun  20-AA-577 nömrə nişanlı, başqa bir prorektor Fəxrəddin Məmmədovun 20-AA-542 nömrə nişanlı, rektorun özünün isə  20-AA-082 nömrə nömrə nişanlı xidməti maşınlarına büdcədən çəkilən xərclərin hesabatı istənilib...


Bu və ya digər məqamlarla bağlı GDU-nun Mətbuat xidmətinə sorğu göndərdik.


Sorğuya verilən cavabı təqdim edir və nəticə çıxarmağı oxucuların öhdəsinə buraxırıq:


"Çox hörmətli mia.az saytının dəyərli əməkdaşları. Bizə yazdığınıza görə, Sizə öz dərin təşəkkürümüzü bildiririk.



Bildirmək istəyirik ki, özlərini jurnalist adlandıran bəzi şəxslər onlara ünvanlanmış hansısa bir anonim məlumatı heç bir araşdırma aparmadan dərc edirlər. Bu isə Gəncə Dövlət Universitetinin işgüzar nüfuzuna və imicinə zərbə vurur.


Hörmətli mia.az, əgər Google üzərindən kiçik bir araşdırma aparsaz, bu məktubda yazılanların müxtəlif vaxtlarda universitet haqqında dərc edilən anonim məktublardan "seçmələr" olduğunu görərsiz.


Bu günlərdə adı Mətbuat Şurasının qara siyahısında olan saytlardan biri GDU ilə bağlı bir yazı vermişdi. Yazıdan bir abzasa baxın, xahiş edirəm:


”… Dünən isə növbədənkənar Elmi Şura çağıran GDU-nun rektoru Yusif Yusibov dekanlara ciddi şəkildə tapşırıb ki, rüşvət qəti ola bilməz,obyektivlik təmin olunmalıdır və imtahanların sualları cavabıyla bir yerdə tələbələrə paylanmalıdır”. Ardınca isə sayt iddia edir ki,rektor bunu yalandan deyir,onsuz da rüşvət alacaq. Bu "məntiq sahibi” anlamır ki, əgər test suallarının doğru cavabı tələbələrə paylanıbsa, tələbə bu 300-500 sualın cavabını əzbərləyib imtahandan qiymət alacaq, daha niyə rüşvət verməlidir ki???


Maraqlı burasıdır ki,"qarşı tərəfin mövqeyini verə bilərik" sözləri məqalənin altında yazılsa da, belə saytların rəhbərliyi bu mövqeyi verməkdən imtina edirlər. Bu isə KİV haqqında qanuna ziddir.


Ümumiyyətlə, bildirmək istəyirik ki, Gəncə Dövlət Universiteti ilə bağlı kütləvi informasiya vasitələrinə göndərilmiş böhtan xarakterli bu yazılar reallığı əks etdirmir və universitetin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Bu yazıları müxtəlif saytlara göndərənlər isə tərəqqini, inkişafı gözü götürməyən, hər bir mütərəqqi ideyalara qarşı çıxan, işindəki nöqsanlara görə tutduqları vəzifədən azad edilən və buna görə də, universitet rəhbərliyindən heyf almaq məqsədi ilə alışıb yanan müxalif fikirli insanlardır. Belə şəxslər saxta emaillər düzəldərək öz cızmaqaralarını müxtəlif kütləvi informasiya vasitələrinə göndərib, saxta adlarla bu yazıların dərcinə nail olmaq və ictimai fikiri çaşdırmaq məqsədi güdürlər.


Bir daha Sizə öz dərin təşəkkürümüzü bildiririk.Tanrı Sizin kimi dəyərli jurnalistləri qorusun.


Hörmətlə, Elçin Cavadov,


Gəncə Dövlət Universitetinin dosenti, texnika elmləri doktoru".


Teqlər:
Bu xəbər cəmi 1215 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR