Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Bu təlaşı təşkil etmək nəyə lazım idi?!” - Çingiz Mustafayevin qardaşından MTRŞ-ə etiraz


"Milli Yayım Şurasının elə öz qərarımı dəyişdirmək qərarı barədə eşidəndə nədənsə Molla Nəsrəddinin "Üzrü əməlindən daha betərdir” məsəlini xatırladım. Problemin mahiyyətinə gəlincə, ilk növbədə bu, qanun pozuntusudur. Artıq elan edilmiş tenderin şərtləri, "oyun zamanı", yəni tender prosesi zamanı kiminsə qərarı ilə dəyişdirilə bilməz. MTRŞ 102 tezliyi üçün tenderi ləğv etməli və sonra mövcud qanunvericiliyə uyğun olaraq mövcud prosedur və təşkilati məsələləri nəzərə almaqla yeni bir tezlik üçün yeni bir tender elan etməli idi”.


Mia.az xəbər verir ki, bu sözləri Çingiz Mustafayev adına radiostansiyanın banilərindən biri, Milli Qəhrəmanın qardaşı, jurnalist Seyfulla Mustafayev virtualaz.org-a açıqlamasında bildirib.


O qeyd edib ki, texniki mütəxəssislərin qeyd etdiyi kimi, 102.1 tezliyi əslində 102-ci tezliyi bloklayır və gələcəkdə Çingiz Mustafayev radiostansiyasının fəaliyyətini bərpa etməyi mümkünsüz edir: "Mənə elə gəlir ki, MTRŞ-nin qərarı ilk növbədə məhz bu hədəfi təqib edir. Bu da qəribədir. Orada başqa bir iş qalmır, Milli Qəhrəmanın adını daşıyan radiostansiyanın bərpasını necə mümkün etmək olar? Halbuki məlumdur, Azərbaycanda çox sayda boş tezliklər var. MTRŞ yeni radio stansiyaları açmaq üçün fürsət vermək istəyirsə, bayraq onların əlindədir, çox sayda boş radio tezliyi var, hamıya yer çatar. 102 FM tezliyi ətrafında bu təlaşı təşkil etmək nəyə lazım idi?!”


Seyfulla Mustafayev sonda ANS ÇM radiostansiyasını müdafiə edən ziyalılara, media nümayəndələrinə təşəkkür edib.


Xatırladaq ki, bu gün səhər saatlarında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan əfsanəvi ANS ÇM-102 FM radio stansiyasına məxsus 102.0 MHz tezliyinin 102.1 MHz-ə dəyişdirilə biləcəyini açıqlayıb.





Teqlər:
Bu xəbər cəmi 3290 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR