"ATƏT PA-nın müşahidə missiyasınin Azərbaycana gələcəyini gözləyirik. Azərbaycan tərəfi də, Azərbaycan parlamenti də bununla bağlı mümkün olan bütün addımları atacaq".
Moderator.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycanın ATƏT PA-daki nümayəndə heyətinin rəhbəri, beşinci çağırış Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
"Milli Məclis buraxılmaq barədə qərar verəndən bir neçə gün sonra ATƏT PA-nın büro iclası keçirildi. Həmin büroda da növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Artıq söyləyə bilərəm ki, Milli Məclisin sədri cənab Oqtay Əsədovun adından ATƏT PA-ya ATƏT PA-nin müşahidə missiyasınin iştirakı ilə bağlı dəvət məktubu ünvanlayıb", -deyə Bahar Muradova əlavə edib.
O, bununla bağlı şifahi tapşırıq aldığını da bildirib:
"Müşahidə missiyasına yazılmaq, qeydiyyata düşmək çox ciddi prosedurdur. Sənədlər hazırlanmalıdır. Ona görə də ATƏT PA-nın prezidenti Giorgi Tsereteli vaxtın azlığını nəzərə alaraq missiyanın formalaşması və işlərin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib".
Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, müşahidəcilərin gəlməsində birmənalı olaraq hər iki tərəf maraqlıdır:
"ATƏT PA-nın keçən seçkilərlə bağlı açıqlamaları da olmuşdu. ATƏT PA-nın prezidenti hazırkı növbədənkənar seçkilərin Azərbaycandaki islahatların tələbi ilə meydana çıxdığını və ölkə prezidenti cənab İlham Əliyevin ölkədə gedən islahatlara parlamentin dəstəyini də yüksək qiymətləndirib. Parlamentin yenilənməsinin, gəncləşməsinin, hüquqi islahatlarin sürətlənməsinə adekvat olacağına inandığını bildirib".