Təmirlə əlaqədar metropolitenin birləşmiş emalatxanaları hazırlıq prosesini başa çatdırmaq üzrədir. Elektromexanika xidmətinin eskalator distansiyasının rəisi Elçin İsmayılov qeyd edir ki, stansiya, demək olar, daim gərgin iş rejimində çalışsa da, bu addım qaçılmazdır.
İlk dəfə deyil ki, burada əsaslı təmir aparılacaq. Buna qədər də burada eyni işlər görülüb. Təbii ki, sərnişinlərin marağı nəzərə alınaraq, təmir stansiya yükünün qismən azaldığı dövrə – iyul-avqust aylarına salınıb. Təmir 3 aya qədər davam edəcək.
Qeyd edək ki, idarə rəisinin əmrinə əsasən, eskalatorun əsaslı təmiri sentyabrın 25-dək başa çatdırılmalıdır. Metropoliten rəisinin əmrinə əsasən, avadanlığın təmirə dayandırıldığı müddətdə bu işlərə məsul olan və müxtəlif sifarişləri yerinə yetirəcək şəxslərin, xidmət və sahələrin vəzifələri də müəyyən olunub.