Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Necə olur ki, boşanan qadına pis baxırlar, amma kişiyə yox..."

"Bizim kişilər bəzən unudur ki, qadın onun evində övlad yetişdirir, Qadını qapazaltı etmək olmaz"

“Əgər alınmırsa, fərqli fikirli insanlardılarsa, tərəflərdən birinin pis vərdişi, düşüncə fərqi varsa, onlar üçün birlikdə yaşamaq zindana çevrilir. Ona görə də belə hallar olanda insanlar boşanırlar və kimsə-kimsəyə möhtac deyil”


Bunu Moderator.az-a açıqlamasında “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı boşanmış qadına cəmiyyətin fərqli baxış acısından baxmasına münasibət bildirərkən deyib. T.Rüstəmxanlı cəmiyyətdə bu istiqamətdə xeyli dəyişikliklərin olduğunu bildirib:




“Bu gün boşanmış qadına qarşı müxtəlif münisəbətlər sərgiləyirlər. Amma bu gün əvvəlki illərlə müqayisədə çox şey dəyişib və o cümlədən də bu münasibət. Başqa ölkələrdə bu məsələləri çoxdan həll ediblər. Bəzən tərəflər boşanarkən heç məhkəməyə belə getmirlər. Əlbəttə, biz boş-boş şeylərdən ötrü ailələrin dağılmasını istəmirik. Bu gün hamı çalışmalıdır ki, ailələr dağılmasın. Əgər alınmırsa, fərqli fikirli insanlardılarsa, tərəflərdən birinin pis vərdişi, düşüncə fərqi varsa, onlar üçün birlikdə yaşamaq zindana çevrilir. Ona görə də belə hallar olanda insanlar boşanırlar və kimsə-kimsəyə möhtac deyil. Adamların bu cür qərarlarına da hörmətlə yanaşılmalıdır. Necə olur ki, boşanan qadına pis baxırlar, amma kişiyə yox. Əgər belə münasibət varsa, bunun qarşısı alınmalıdır və bunu bir ictimai qınağa çevirmək lazımdır. 


 


Bizim cəmiyyətimiz adətən boşanma hallarını faciə kimi qəbul edir, amma düşünmürəm ki, bu faciədir. Əgər mümkün deyilsə, bütün hallarda ailəni xilas etmək lazımdır. Hələ üstəlik o ailədə uşaqlar varsa, məsələyə daha ciddi yanaşılmalıdır. Adətən ailələrdə qadına qarşı şiddət göstərilir, boşanmanın çox ciddi səbəbləri olur. Gedib bir-birilərini öldürməkdənsə, boşanıb hərə öz həyatını davam etdirsə, yaxşıdır. Əlbəttə, qadınlarımız boşanandan sonra əziyyət çəkir. Qadın güclü vətəndaş yetişdirir, anadır və ananın da güclü olması, cəmiyyətin güclü olması deməkdir. Çalışıb cəmiyyətdə qadınlara öncülLük tanımaq lazımdır. Bizim kişilər bəzən unudur ki, qadın onun evində övlad yetişdirir. Qadını qapazaltı etmək olmaz. Adətən qadını zəif bir insan kimi təqdim edirlər, amma əslində bu belə olmamalıdır. 


Bütün ölkələrin qəbul etdiyi konstitusiyada qadın-kişi fərqi yox, bərabərhüquqlu vətəndaş var. Çox istəyərdim ki, ölkəmizdə də qadına sadəcə qadın kimi yox, bərabərhüquqlu vətəndaş kimi baxsınlar. Belə olan təqdirdə qadının aşağılanması, kiminsə ona güzəşjtlərin etməsinin, başqa yollara islah etməyin qarşısı alınar. Əslində bu məsələnin köklü şəkildə çözülməsinə çalışmalıyıq. Qadını aşağılayanda, mətbəxinin xidmətçisi psixologiyasından yanaşanda onu öldürməyə də, işgəncə verməyə də cəsarət edəcəklər. Ona görə də qadına qarşı bu münasibət dəyişmədikcə, belə hadisələr çox olacaq. Azərbaycanda bu proseslərdə xeyli irəliləyişlər var. Cəmiyyətimizdəki sosial problemlərdən qadınlar sığorta olsaydılar, bu qədər əziyyət çəkməzdilər. Amma düşünürəm ki, get-gedə bu anlayış dəyişəcək, çünki türk milləti qadına qarşı həmişə hörmətlə yanaşıb. Bu fikirləri gələcək nəsillərimizə aşılaya bilsək, qadına qarşı şiddət göstərilməsinin qarşısını ala bilərik”.


 Qeyd edək ki, əməkdar artist Lalə Məmmədova müsahibəsində cəmiyyətin hələ də boşanmış qadına intim obyekt kimi baxdığını deyib.

Teqlər:
Bu xəbər cəmi 2175 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR