Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bu sürücülər 800 manat cərimə olunacaq! - “Bəzi məmurların xidməti avtomobillərində də var”

Bu sürücülər 800 manat cərimə olunacaq! - “Bəzi məmurların xidməti avtomobillərində də var”
Xəbər verdiyimiz kimi sürücülər hərəkət zamanı radar və kameralardan yayınmaq üçün fərqli yola əl atıblar. Bəzi sürücülər xüsusi avadanlıqlar vasitəsi ilə avtomobilin qeydiyyat nişanını tam gizlədir. Bu avadanlıq əsasən "Instagram"da satılır. İstər avtomobil hərəkətdə olarkən, istərsə də park edilmiş halda sadəcə bir düymə ilə avtomobilin nömrəsi anında bağlanılır. Adı keçən sosial şəbəkənin səhifələrində paylaşılan postlardan da belə nömrə qablarına marağın böyük olduğu açıq aydın görünür. Paylaşılan videolar artıq bu vasitədən istifadə edənlərin olduğu da bəllidir.


Bəs sürücülər bu avadanlığın istifadəsinə görə nə qədər cərimə ödəyəcəklər?Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Sabah”a öz münasibətini bildirib. Onun sözlərinə görə, bu sürücülər 500-800 manat arası cərimə olunacaqlar:“Bu narahatlıq doğuracaq məsələdir. Birinci dəfə mənim yadıma gəlir ki, belə vasitədən Binə Ticarət Mərkəzinin direktoru Kəbirə xanımın yaxını istifadə etdiyi üçün saxlanmışdı. Məlum olmuşdu ki, bu adam qara pərdə ilə avtomobilinin nömrəsini dəyişə bilir. Bu avadanlıq 10 il qabaq Azərbaycana gətirilib. Bunun qarşısını almaq üçün gərək vətəndaşların müraciəti ola ki, polis məlumatlı olsun. Polis ancaq maşını nömrəsiz görəndə saxlaya bilər. Amma kimsə tanışının və ya qoşusunun belə bir əməli olduğunu bilirsə, bu zaman polisə məlumat verməlidir. Belə nömrə istifadə edən şəxs bir qəza törədsə, kiməsə zərər yetirsə, o adamı heç kim tapa bilməyəcək. Buna görə cəmiyyətin özünün də bir mübarizə üsulu olmalıdır.  Bu hallar konkret inzibati xətalar məcəlləsində qadağan olunan əməllərdir. Əgər avtomobildə belə birşey varsa, sürücü 500-800 manat arası cərimə oluna bilər. Quraşdırılan avadanlıq isə müsadirə olunur. Sürücülər şəhəriçi hərəkət edirlərsə, belə bir şeyə əl atmırlar. Lakin magistral yollara çıxdıqda belə avadanlıqlardan istifadə edirlər. Çox təəssüflər olsun ki, bunu cavanlar dəb üçün etsələr də, bəzi məmurların xidməti avtomobillərində də bu cür vasitələrə əl atırlar”. Ekspert bildirib ki, bu tip avadanlıqların satışı ilə məşğul olan satıcıların üzərinə isə heç bir məsuliyyət düşmür. 


Teqlər:
Bu xəbər cəmi 1810 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR