Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Millət vəkili Türkiyədən gələn nümayəndə heyətini qəbul etdi

Millət vəkili Türkiyədən gələn nümayəndə heyətini qəbul etdi
Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanda səfərdə olan Konya Meram bələdiyyəsinin sədri Serdar Kalayçı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyəli əlaqələrin olduğunu qeyd edən millət vəkili hər iki ölkənin bələdiyyələri arasında da əlaqələrin getdikcə genişlənməsinin məmnuniyyətverici olduğunu bildirib. 



Keçirdiyi görüşlər barədə məlumat verən Konya, Meram bələdiyyəsinin sədri S. Kalayçı bu günə qədər olduğu kimi bundan sonra da Türkiyənin daima qardaş Azərbaycanın yanında olacağını, Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərin, iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafının vacibliyini xüsusi vurğulayıb. 



Millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətləri, mədəniyyəti, özünün yenidən çapdan çıxan "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası kitabı" və albomlarını hədiyyə edib.



Meram bələdiyyəsinin sədri S. Kalayçı  Q. Paşayevaya  bütün Türk- müsəlman dünyasının çox böyük dəyər verdiyi Mövlanə həzrətlərinin portretini, ney musiqi alətini və Konyanın dini-mənəvi mühiti ilə bağlı hədiyyələri və materialları bağışlayıb. 



Qeyd edək ki,  Konya, Meram bələdiyyəsinin sədri S. Kalayçının rəhbərliyi ilə 24 nəfərdən ibarət heyət Azərbaycanda səfərdə olub.


Teqlər:
Bu xəbər cəmi 2840 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR