Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Şərur" MTK vətəndaşları çıxılmaz vəziyyətə salıb: "Mənzilin kv.metrini 100 manata sənədləşdiriblər..."


Bakının Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 22A ünvanında yeni inşa olunan binada yaşayan bir qrup sakin mənzillərinə çıxarış ala bilmirlər.


 


Mia.az xəbər verir ki, bunu həmin ünvanda yaşayan sakinlərdən biri - "Əmlak" Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib. 


 


Onun sözlərinə görə, sakinlər üzləşdikləri problemlərlə bağlı müraciət ediblər: 






"Bu müraciəti son günlər Xətai rayonu Nəsrəddin Tusi küçəsi 22A (əvvəlki ünvan Gəncə prospekti 29/80-81) ünvanda "Şərur" MTK-ya daxil olan "Universal Servis" MMC tərəfindən 2005-2006-cı illərdə inşa olunan və 10 ildən artıqdır sakinlərin faktiki istifadəsində olan, hər biri 128 mənzildən ibarət olan, 2 ədəd 1 bloklu çoxmənzilli binanın bir qrup sakini adından edirik. Artıq bir neçə gündür ki, televiziya, mətbuat və sosial şəbəkələrdə problemin əsl mahiyyəti barədə məlumatlar işıqlandırılıb və bir daha qarşılaşdığımız problemi diqqətinizə çatdıraraq problemin ictimailəşdirilməsində yardımçı olmağınızı xahiş edirik. Nəzərinizə çatdırım ki, yaşadığımız binalar 10 ildən artıqdır inşa olunub sakinlərə satılmasına, MTK-ya etdiyimiz çoxsaylı müraciətlərə baxmayaraq binaların istismara qəbulu və qeydiyyata alınması üçün MTK heç bir addım atmayıb. 


 


Nəhayət, 19 fevral 2019-cu il tarixdə Prezident İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmanı ilə ötən ay bizim yaşadığımız binalar da istismara qəbul olundu. Amma, təəssüflər olsun ki, "Şərur" MTK rəhbərliyinin qanunsuz tələbləri 200-dən artıq ailənin konstitusion hüquqlarının təmin olunmasına əngəl yaradır. Məlumat üçün bildirim ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, istismara verilmiş yeni çoxmənzilli binalarda ilkin qeydiyyat üçün tələb olunan sənədlər MTK-ya borcun olmamasına dair maliyyə arayışı və MTK-nın protokolundan çıxarışdır. 


 


Əksər sakinlərin əlində 5-10 il əvvəl təqdim edilmiş maliyyə arayışları olsa da, protokoldan çıxarışın alınması problemə çevrilib. MTK rəhbərliyi faktiki olaraq sakinlərə protokoldan çıxarışı verməkdən boyun qaçırır və iddiasını bununla əsaslandırır ki, hər mənzildə, təqribən, 3-10 kv.m. artıq sahə var və sakinlər həmin sahələrin pulunu (1800-6000 manat) bugünkü bazar qiymətləri ilə ödəməlidirlər. MTK-nın bu iddiası iftiradır, sakinlərdən əlavə pul almaq üçün ortaya atılmış uydurma, cəfəng bir kampaniyadır. Çünki MTK-nın 2007-ci ildə bizə təqdim etdiyi binanın planında mənzil sahələri aydın görünür və sahələr 2016-cı ilə qədər müqavilələrlə eynidir, 1 kvadrat belə fərq yoxdur. Bundan başqa, şirkət bu iddianı ortaya atan günün səhərisi biz mütəxəssis dəvət edib bir neçə mənzilin eskiz layihəsini çəkdirdik və bu layihələrdə balkonlar daxil olmaqla sahələr nəinki artıq, hətta əskik gəlir. 


 


Əskik sahələr 2-3, 5, bəzi mənzillərdə hətta 10 kvadrat metrdən artıqdır. "Şəhərsalma və Tikinti Məcəlləsi"nin tələblərinə görə, MTK balkon və terasları satarkən müəyyən olunmuş kafsentləri nəzərə almalı, bu sahələr vətəndaşlara mənzil qiymətinin 30-50 faizindən artıq qiymətə satıla bilməz. Buna baxmayaraq, biz balkonların mənzil qiymətinə satılmasını qəbul edirik, hətta bu halda belə sahələr müqavilədə göstərilən ölçülərdən az çıxır. MTK-nın sakinlərə təqdim etdiyi protokollardan çıxarışlarda külli miqdarda vergidən yayınma halları mövcuddur. 


 


Belə ki, MTK-nın son günlərdə sakinlərə təqdim etdiyi maliyyə arayışlarında 100 kvadrat metrdən artıq sahəsi olan mənzillərin dəyəri 10 min manata yaxın rəsmiləşdirilib - hər kv.m. üçün, təqribən, 100 manat. Burada MTK-nın vergidən yayınması ilə yanaşı, gələcəkdə ona qarşı ola biləcək iddialardan sığortalanma məqsədi də var. Çünki bir sıra sakinlər çıxarışları aldıqdan sonra artıq sahəyə görə alınan vəsaitlərin geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldıracaqlarını gizlətmirlər".

Teqlər:
Bu xəbər cəmi 1780 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR