TİA.AZ unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Aydın Bağırov Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
Xəbəri Xaçmaz rayon polis şöbəsindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, bir neçə ay öncə nazirin əmri ilə Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli işdən çıxarılaraq, sərəncama göndərilmişdi.