Moskvada azərbaycanlıların kütəlvi şəkildə ticarətlə məşğul olduğu “Moskovretskiy” bazarına OMON hücum edib. Bu barədə Modern.az-a Moskvada bazarda işləyən soydaşlarımız bildirib. Hazırda bazarda ticarət köşklərini dağıdan OMON etiraz edən azərbaycanlılara qarşı zor tətbiq edir.
Xüsusi təyinatlılar eyni zamanda bazarda pasport rejiminin yoxlanmasına başlayıblar. Xeyli azərbaycanlının saxlandığı bildirlir. Bu hücum Moskva merinin vəzifələrini icra edən Sobyaninin sərəncamı ilə həyata keçirilir.
Hazırda "Moskovretsksiy” bazarında ticarət palatkaları dağıdılır, köşklər sökülür..
Bununla bağlı ətraflı məlumat veriləcək.