İcra başçı Elşad Həsənovun əmri ilə Habil Süleymanzadəni özünə köməkçi təyin edib. H.Süleymanzadə bu təyinata qədər Milli Məclisdə E.Həsənovun köməkçisi olub.
Xəbəri Yasamal rayon icra hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Yasamal rayon icra hakimiyyətinin başçının sabiq köməkçisi Ağayev Murad Əsgər oğlu olub. Dayısı Əziz Əzizov Suraxanı icra hakimiyyətinə başçı təyin edildikdən sonra M.Ağayevi özünə köməkçisi təyin edib.