Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Rusiya özünə hörmət etməli, bu məsələdə prinsipial mövqe tutmalıdır...”

“Rusiya özünə hörmət etməli, bu məsələdə prinsipial mövqe tutmalıdır...”

“Mənə elə gəlir ki, bunun ciddi mesajlarını prezident İlham Əliyev verib və mövqe tamamilə dəyərlər sistemi baxımından doğrudur və burda Zatulinin və ya qeyrisinin ortaya düşüb tarixə bu cür yanaşma münasibətini qəbul etmək olmaz”


Bunu Moderator.az-a açıqlamasında professor Qulu Məhərrəmli Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin çıxışına münasibət bildirərkən deyib. Q.Məhərrəmli ermənipərəst deputatın bu cür çıxışlarının heç kimdə şübhə doğurmadığını bildirib:


“Mənə elə gəlir ki, Zatulinin mövqeyi Azərbaycanda heç kimdə şübhə doğurmur, çünki o, sırf anti-Azərbaycan mövqeyi tutan, Azərbaycanın mövqeyini qəbul etməyən və müstəqilliyinə qəsd etmək istəyən adamlardan biridir. O, bu cür çıxışlarıyla iki ölkə arasındakı düşmənçiliyi daha da qızışdırmaq niyyətində olan biridir. Burda başqa bir məsələ Rusiya dövlətinin mövqeyiylə bağlıdır, yəni istənilən bir dövlətin özünün sadiq olduğu dəyərlər və prinsiplər var. Bu da ondan ibarətdir ki, əgər sən SSR-nin varisi, faşist Almaniyası üzərində qələbə çalmış bir dövlət kimi, Almaniya hərbi qurumlarında çalışan, SSR-yə qarşı vuruşan, sovet adamlarının kütləvi qətlində iştirak edən Njdenin Yerevanda heykəlinin qoyulmasına razısansa, bunu rəva görürsənsə, onda biz bunu hansı prinsiplərin adına yazaq? Njdeyə heykəl qoyulması da, Azərbaycan rəhbərliyinin bunu pisləməsi də dövlətlərarası məsələ deyil, bu ümumiyyətlə, beynəlxalq səviyyədə dəyərlərə, prinsiplərə münasibət məsələsidir. Açıq görünən xətt odur ki, Rusiya dövləti bir ölkə kimi özünə hörmət etməli, bu məsələdə prinsipial mövqe tutmalıdır. 


Hesab edirəm ki, istər Azərbaycan, istərsə də Ermənistan bu xəttin üzərində aydın, prinsipial mövqe ortaya qoymalıdır. Mənə elə gəlir ki, bunun ciddi mesajlarını prezident İlham Əliyev verib və mövqe tamamilə dəyərlər sistemi baxımından doğrudur və burda Zatulinin və ya qeyrisinin ortaya düşüb tarixə bu cür yanaşma münasibətini qəbul etmək olmaz. Azərbaycan-Rusiya münasibətləri qorunmalıdır. Hesab edirəm ki, Rusiya Azərbaycanla eyni hümanitar, mədəni mühitdə olan dövlətdir, bizim güclü qonuşumuzdur, eyni zamanda, təhlükəli qonuşudur. Azərbaycanın bir çox fəlakətləri bu ölkədən qaynaqlanır, Qarabağ məsələsində Rusiyanın ikili oyunu, Ermənistanı dəstəkləməsi bəllidir. Ona görə də biz düşmən tərəfə dəstavüz verməli deyilik, bu ölkəylə çox ehtiyatla davranmalıyıq, amma müstəqillik sahəsində də öz işimizi görməliyik, müstəqilliyimizi möhkəmləndirməliyik, hərbi qüdrətimizi artırmalıyıq, beynəlxalq aləmə daha inteqrasiya etməliyik, qərblə dialoqu genişləndirməliyik, Rusiyayla da ənənəvi, xoş dostluq münasibətini də saxlamalıyıq”.

Teqlər:
Bu xəbər cəmi 2240 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR