Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Aldadılan eks-deputatlar Oqtay Əsədovdan kömək istədilər: “Artıq geriyə yol qoymayıblar”

Aldadılan eks-deputatlar Oqtay Əsədovdan kömək istədilər: “Artıq geriyə yol qoymayıblar”


II çağırış Milli Məclisin bir qrup deputatı hökumət tərəfindən onlara vəd olunan mənzilləri hələ də ala bilməyiblər. Üstündən 10 ildən artıq vaxt keçməsinə baxmayaraq eks-deputatların ev problemləri ilə nə maraqlanan var, nə də onlara kömək əli uzadan.



S abiq deputatlar bu dəfə Milli Məclisdən kömək istəyiblər. II çağırış  parlamentin üzvü olmuş Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də illərdir ev gözləyən sabiqlərdəndir.   Modern.az-a açıqlamasında Ə.Nuriyev Milli Məclisdən kömək gözlədiyini bildirib. Dəfələrlə bu məsələni qaldırdığını deyən keçmiş deputatın sözlərinə görə, 10 ildir onlara köməklik edən yoxdur: 



“Bu məsələ hələ də həll olunmayıb, açıq qalmaqdadır. Mənim eşitdiyim qədər evin tikilməsi ilə başqa bir şirkət məşğul olur. İllərdir bizim haqqımız olan evlərimiz verilmir, nə də bununla maraqlanan da var. Nə az, nə çox düz 10 ildir. Ümid edirəm ki, Milli Məclis bu məsələyə diqqətlə yanaşıb, bu problemin həlli istiqamətində müvafiq addımlar atacaq. Milli Məclisdə bu barədə ətraflı məlumata malikdirlər, müəyyən işlər görməyə çalışırlar”-deyə Ə.Nuriyev bildirib.


Milli Məclisin sabiq üzvü, Kommunist Partiyasının sədri Rauf Qurbanov ev alacağına inanmadığını deyib:



“Artıq geriyə yol qoymayıblar. Əliməmməd Nuriyevlə də əlaqə saxladıq, bildirdik ki, yaxın günlərə sabiq deputatlar bir yerə toplaşaraq yekun qərarımızı verək. Nə vaxta kimi yalan vədlər eşidəcəyik? Hər şeyin bir sonu olduğu kimi, bunun da bir yekunu olmalıdır. Bu baxımdan əlimizdən gələni edəcəyik”-deyə eks-deputat Modern.az-a bildirib.



Sabiq deputatlar deyirlər ki, tikintiyə məsul KAT LTD şirkəti məsuliyyətdən yayınmaqla məşğuldur.



Xatırladaq ki,  2000-2005-ci il aralığında deputatlar üçün tikilən bina dövlət ehtiyacları üçün Fövqəladə Hallar Nazirliyinə veriləndən sonra mənzil tikintisi dayandırılıb. O zaman bir neçə deputata mənzil verilsə də, bəziləri hələ də mənzil ala bilmirlər.



Teqlər:
Bu xəbər cəmi 875 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR