Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Dili “topuq vuran” teleaparıcılar

Dili “topuq vuran” teleaparıcılar
Dilçilik İntistutunun elmi işçilərinin televiziya kanallarında ədəbi normaların qorunması ilə bağlı keçirilən hesabatda dilində qüsurlara çox rast gəlinən və nadir hallarda dil qüsurlarına yol verən aparıcıların adları qeyd olunub.


Hesabatda göstərilir ki, ANS telekanalının “Salam Azərbaycan” verilişinin aparıcısı Cavid Osmanov ingilis dilində danışır. Digər aparıcılar haqqında isə qeydlər belədir:



ATV kanalının “ATV Olay” verilişinin aparıcısı Mətanət Əliverdiyeva bütün xəbərləri eyni tonda çatdırır. Hesabatda deyilir: “Elə vahimə ilə, elə təlaş içində efirə çıxır ki, hətta öz həmkarı bir dəfə ona “vay xəbər” deyə səsləndi. “ATV Olay”ın sonunda isə “Mən evə gedirəm. Daha işim qalmadı” deyir. Bizcə, efirdə bu qədər sərbəst nitqə ehtiyac yoxdur. Aparıcı nitqində hədsiz dərəcədə modal sözlərdən istifadə edir”.



“ATV Səhər”in yeni aparıcısı Turan İbrahimovun nitqi sırf məişət üslubundadır. Sözlərin son hecasını uzadaraq tələffüz edən aparıcı publisistik üslubda bir cümlə qura bilmir. 



Lider TV-nin “Səhər çağı” proqramının aparıcısı Aynur Hacıyeva hər cümlənin arasında gülür. Bütün veriliş boyu isə xanım burnunda danışır. Çoxlu təkrarlara yol verir. 



Space TV-nin “Plyus-minus” verilişinin aparıcısı Günel Hümbətova bütün sözləri uzadaraq tələffüz edir. 



ANS telekanalında “Günə Baxan” verilişinin aparıcısı İlqar Mikayıloğlu Bakı dialektində danışır. Bəzi məqamlarda isə fit çalır. Əlini cibindən çıxarmayan aparıcı bütün veriliş boyu öz ləhcə xüsusiyyətlərindən kənara çıxa bilmir. Bunu normal hesab edərək deyir: “Əgər efirə, radioya biz ədəbi dil çıxartsaq, onda televiziya və radio insanlar arasında çox böyük uçurum yaratmış olarıq”.



Ədəbi dil normaları ilə bağlı keçirilən monitorinqin hesabatında dilində nadir hallarda qüsurlara rast gəlinən aparıcıların da adları qeyd olunub. Bunlar aşağıdakılardır:



Xəzər TV, Xəbərlər buraxılışının aparıcısı Anar Nəcəfli və “Günə başlarkən” verilişinin aparıcısı Türkay Vəliyeva 



Lider TV, “Mövqe” verilişinin aparıcısı Elşən Musayev, “Səda-İdman” buraxılışının aparıcısı Pərviz Musayev.



ATV, “ATV Aktual” verilişi Aytən Əhmədova, “ATV Olay” və “Digər xəbərlər” buraxılışlarının aparcısı Mətanət Əliverdiyeva , “Səhər-Xəbər”in aparıcısı Gülnar, “Xəbər”in aparıcısı Nuranə və “ATV Gündəm” Xoşqədəm Hidayətqızı.



Space telekanalının “Hərgün – Xəbər” buraxılışının aparıcısı Nərminə Məmmədova və ANS telekanalının “Növbətçi” verilişinin aparıcısı Rəşad Abbasov, “Keçmişə salam”ın aparıcısı Fidan Abdulzadə, “Pas Sport”un aparıcısı Amil Hacıyev və “Açıq söhbət” Elçin Əlibəyli. 



İTV telekanalında isə “Carçı” buraxılışının aparıcısı Günay Namidar.


Teqlər:
Bu xəbər cəmi 1965 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR