Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Onlar parlamentdə nə edəcək: Konsert verəcəklər, ya göbək atacaqlar..?”

“Onlar parlamentdə nə edəcək: Konsert verəcəklər, ya göbək atacaqlar..?”
Sərdar Cəlaloğlu: “Mətbuat təmsilçilərinin, şou-biznes nümayəndələrinin, idmançıların parlamentə düşməsi üçün əsas yoxdur”


Parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi son günlərin ən çox müzakirə olunan məsələləri sırasındadır. Məlum müzakirələr fonunda diqqət çəkən başlıca məqamlardan biri də incəsənət və şou aləminə məxsus olan bəzi şəxslərin də bu seçkilərdə iştirak edə biləcəyi ilə bağlı səsləndirilən fikirlərdir.



 Maraqlıdır, şou-biznes nümayəndələrinin, sənətçilərin parlamentdə təmsilçiliyinə peşəkar siyasətçilər necə yanaşır? Bu kateqoriyadan olan şəxslərin parlamentdə təmsil olunması qanunverici orqanın fəaliyyəti baxımından nə dərəcədə normal və faydalı ola bilər?



 Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu şou-biznes nümayəndələrinin, sənət adamlarının parlamentdə təmsilçiliyinə müsbət baxmadığını, bunu parlamentin effektiv fəaliyyəti baxımından zərərli hesab etdiyini qeyd edib:



 “Əgər Azərbaycan dövlətini oyuncağa çevirmək istəyiriksə, parlamenti siyasi institut kimi yox, “banan respublikaları”ndakı kimi oyuncaq alət kimi görmək istəyiriksə, deməli, bura elə o cür adamlar yığışmalıdır. Yox, əgər biz parlamenti həqiqətən də siyasi institut kimi formalaşdırmaq istəyiriksə, o zaman burada siyasi liderlər təmsil olunmalıdır.



 Şou-biznes təmsilçiləri gedib orada konsert verəcək, yoxsa göbək oynadacaq? Bunların parlamentə düşməsi nə kimi fayda verə bilər ki? Nə mətbuat təmsilçilərinin, nə şou-biznes nümayəndələrinin, nə də idmançıların parlamentə düşməsi üçün heç bir əsas yoxdur. Dünyanın heç bir yerində belə bir təcrübə mövcud deyil. Ola bilsin ki, hansısa mətbuat nümayəndəsi, yaxud idmançı öz peşəsindən, ixtisasından imtina etsin, gedib siyasi fəaliyyətlə məşğul olsun. Bu, başqa məsələdir. Necə ki, Arnold Şvarsenegger qubernator vəzifəsində təmsil olunur. O, bəlli bir müddətdir ki, siyasətlə məşğul olur və əvvəlki sənətindən ayrılıb. Yoxsa öz sənətində belə söz sahibi olmayan şəxslərin gəlib xalqın, millətin taleyi ilə bağlı hansısa söz demək haqqı əldə etməsi məntiqli deyil.



 Kiminsə mahnı oxuması, göbək oynatması başqa məsələdir, xalqın, millətin taleyi ilə məşğul olması isə tamam başqa məsələdir. İkincisi, kimlər ki, parlamentdə təmsil olunmaq istəyir, onlardan soruşmaq laızmdır ki, bu vaxta qədər millətin, dövlətin hansı problemləri ilə bağlı mövqe ortaya qoymusan?



 Odur ki, mən bu qəbildən olan şəxslərin parlamentdə təmsilçiliyinə mənfi yanaşır və bunu qeyri-normal hesab edirəm”.



 


Teqlər:
Bu xəbər cəmi 1750 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR