Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yeni Milli(!) Məclisdə kimlər və nələr olmayacaq?..

Yeni Milli(!) Məclisdə kimlər və nələr olmayacaq?..
Yeniliklər xalqın, rifahı, Qarabağın azadlığı üçün edilirsə, xeyirli-uğurlu olsun!.. Fikir savaşı... Sultan Laçın

Hakim partiyanın dünən Milli Məclisi buraxmağa qərar verməsini ərz eləməsi hamımızda böyük həyəcan və ruh yüksəkliyi yaratdı. Bunu Allah rizası üçün, xalqın, ölkənin gələcəyi, rifahı, Qarabağın azadlığı üçün edirlərsə, xeyirli-uğurlu olsun!..


Yəqin ki, bu qərara gələnlər xalqın ürəyindən keçənləri də nəzərə alıblar?.. Deyəcəklərimiz bütün deputatların xətrinə dəyməsin. Ədalət naminə, onların arasında Azərbaycan gerçəkliyi çərçivəsində mümkün qədər seçicilərinin qayğısına qalan, onların tələblərini yerinə yetirməyə, problemlərini həll etməyə çalışan, xalqın mənafeyini müdafiə edən, torpaqlarımızın azad edilməsini hədəf alan çıxışlar yapanlar, medianın, jurnalistlərin sorğu-suallarına canla-başla cavablandıranlar da var...  Amma seçicilərinin haqlarını qorumaq yerinə, oliqarxlarla, başçılarla sövdələşib xalqın heysiyyatı ilə oynayan və millət vəkili deyil, “zillət vəkili” adlanmağa layiq olanlar da xeylidir... 


Odur ki, xalq ümid edir ki:


Yeni Milli Məclisdə dairə və məntəqə sədrlərinə “görüm-baxım” edib  şəffaf(!) seçki qutularını saxta yolla doldurmaqla “seçilən”lər olmayacaq...






***






Yeni Milli Məclisə namizədliyini verənlər xalqa hüquqlarını əsl mənada qoruyacaqları əvəzinə, qaloş, konfet, “kubik”, “karmen” unu, “Naxçıvan” duzu və s. paylamağa söz verməyəcəklər...






***






Yeni Milli Məclisdə milli(!) deyil, şəxsi, ailə,  tayfa, qrup mənafelərini güdənlər, yəni deputat səlahiyyətlərindən yararlanıb, korrupsioner oliqarxlarla, başçılarla sövdələşib vətəndaşların haqlarının tapdanması hesabına  özünə   biznes imperiyası quranlar olmayacaq...






***






Yeni Milli Məclisdə işi-gücü rahat kresloda yayxanıb lal-dinməz oturub, mürgüləyib  məsələlər səsə qoyulanda düymə basmaq, arabir də yerində olmayan qonşusunun düyməsinə əl uzadan  parlement üzvləri olmayacaq...






*** 






Yeni parlamentdə günü restoranlarda, saunalarda keçən, xarici səfərlərə turist, alverçi kimi gedən, mandatını qumarda, sələmdə uduzan “millət vəkili” adlananlar olmayacaq...






*** 






Yeni Milli Məclisdə müəllimlərə dərsdən sonra daş daşımaq, qoyun otarmağı tövsiyə edənlər olmayacaq...






*** 






Yeni Milli Məclisdə Zahid Oruc xalqa, az da olsa, sərf edən babat təkliflər verəndə telefonla, planşetlə oynayan, qonşusu ilə lağ-lağı edən, saçlarını oynadan, dırnaqlarının manikürünü yoxlayan, mini-“yubka”sını, dikdabanlarını ləzzətlə süzüb meyxoş olan deputatlar olmayacaq...


 


***






Yeni Milli Məclisdə küçələrdə “demokratiya dekorasiyası” quraşdıran, söyüş kanallarıyla xalqın başını qatan yox, gerçək müxalifliyə yaxın olan, doğrudan da konstruktiv, vətənpərvər, demokratik ruhlu, amma Avropa, Amerika deyil, milli əxlaqlı müxalifətçilərin də nümayəndələri olacaq...






***


Yeni parlamentdə yalnız bir neçə regiondan deyil, bütün bölgələrdən olan vətəndaşlar  yer alacaq...






***






Yeni Milli Məclisdə 1-ci Qarabağ, Aprel savaşlarında gerçək döyüşlərin iştirakçısı olan və on minlərlə gerçək Qarabağ qazilərinin, əlillərinin haqqını-hüququnu müdafiə edə biləcək döyüşçülərin də nümayəndələri olacaq...






*** 






Yeni Milli Məclisin girişində deputatlar kimi parlament müxbirlərinin də smartfonları əlindən alınmayacaq və onlara darısqal kompüter otağında biri-birini incik salmadan öz telefon, planşet və netbuklarıyla rahatca, sərbəst informasiya yaymağa şərait yaradılacaq...


 


Yadımdan çıxanları özünüz əlavə edin; neçə on illərdir demokratik seçkilərimizin “karusel”ində fırlanmaqdan başım gicəlləndiyindən yaddaşım pozulub..


 


Bir daha Allah rizası üçün, xalq üçün, Qarabağ naminə aparılacaq islahatlarımız, yenilənəcək Milli(!) Məclisimiz xeyirli-uğurlu olsun!


 


Sultan Laçın

Teqlər:
Bu xəbər cəmi 1595 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR