Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Misirdə baş verən hakimiyyət dəyişikliyinə münasibət bildirib.
”Prezident Mursini devirdilər. İllər öncə Elçibəyi devirdikləri kimi. Hər ikisi bir il hakimiyyətdə qala bildi. Hər ikisi görünüşcə və ideoloji tutumlarına görə bir-birinə yaxın. Biri islamçı, fəqət demokrat, digəri isə milliyətçi, fəqət demokrat. Eyni bəhanələrlə və ittihamlarla üz-üzə qalmışlar. Təqribən eyni islahatları keçirmiş, eyni səhvlərə yol vermişlər. Xalq Cəbhəsi və Müsəlman qardaşları da kütləvi yayğınlığına görə bir-birinə bənzər. Misirdə ordu İsraillə döyüşə bilmir. İqtisadiyyatın 60 faizi ordunun nəzarətində. Biznesə tam şəkildə bulaşmış və imtiyazlarını qorumuş. Bütün hallarda bu hərbi çevriliş Misirin demokratik yolla inkişafını zədələdi. Xalq demokratik yaşama hazır olmayınca, ən müqəddəs adam belə, ən xoş niyyətlə demokratiya gətirə bilmir”-deyə Fazil Mustafa qeyd edib.