Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sahil Babayev: Növbəti ildən etibarən regionlarda DOST mərkəzləri şəbəkəsi genişləndiriləcək (FOTO)

Sahil Babayev: Növbəti ildən etibarən regionlarda DOST mərkəzləri şəbəkəsi genişləndiriləcək (FOTO)


Əlilliyi olan şəxslər üçün reabilitasiya müəssisələri həmin şəxslərin yalnız tibbi deyil, sosial və peşə reabilitasiyasına da öz dəstəyini göstərməlidir. Hazırlanmaqda olan yeni “Reabilitasiya Konsepsiyası” layihəsində də bu amil xüsusi diqqətdə saxlanılır.



Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Kollegiya iclasında bildirib.



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə dayanıqlı sosial inkişafı təmin edən islahatlar proqramının nailiyyətlərini diqqətə çatdıran nazir qeyd edib ki, bir tərəfdən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, o cümlədən əmək haqqı, pensiya və müavinətlərin əhəmiyyətli dərəcədə artırılması üçün mühüm addımlar atılır. İmtiyazlı vətəndaşların mənzillə və avtomobillə təminatı da daxil olmaqla, mühüm sosial proqramlar xeyli genişləndirilir. Şəhid ailələrinə və müharibə əlillərinə ötən il nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi evin verilməsi işləri aparılır.



S.Babayev bildirib ki, digər tərəfdən, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə əhaliyə xidmətlərin keyfiyyətinin müasir əsaslar üzərində yüksəldilməsi təmin olunur. Xüsusilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi bu vacib məqsədə nail olunmasına imkan verib. Bakıda və növbəti ildən etibarən regionlarda DOST mərkəzləri şəbəkəsi genişləndiriləcək.



Nazir prioritet fəaliyyət istiqaməti kimi reabilitasiya və sosial xidmət infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi işlərinin davam etdirildiyini deyib. Bu ay Yevlax və Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzlərinin, Mərdəkan Müalicə Pansionatının əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz edilməklə istifadəyə verildiyini bildirib. Bu ilin sonuna qədər daha bir sıra sosial obyektlərin həssas qruplardan olan vətəndaşların istifadəsinə veriləcəyini, gələn il də bu istiqamətdə işlərin aparılacağını diqqətə çatdırıb.



S.Babayev cari ilin 10 ayı ərzində nazirliyin Bərpa Mərkəzləri tərəfindən 7241 nəfər əlilliyi olan şəxsə stasionar, 1867 nəfər əlilliyi olan şəxsə isə ambulator qaydada reabilitasiya xidmətləri göstərildiyini deyib. Bildirib ki, yeni reabilitasiya ocaqları istifadəyə verildikcə bu göstəricilər əhəmiyyətli dərəcədə yüksələcək.


Teqlər:
Bu xəbər cəmi 1255 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR