Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Avtomobillərin gömrük rüsumları barədə - Gürcüstanda 23 min, Azərbayacanda 35 min dollara

Avtomobillərin gömrük rüsumları barədə - Gürcüstanda 23 min, Azərbayacanda 35 min dollara


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 35457 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri idxal olunub. Bunlarında 32 mini minik avtomobilləridir. Bu rəqəm illik təlabata yaxın olsa da, idxal edilən minik avtomobillərinin əksəriyyəti ikinci maşınlardır.Metbuat.az bildiriri ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.Eldəniz Cəfərov – Rəsmi diller nümayəndəsi: “Bunu artım adlandırmaq düzgün deyil. Bu avtomobillər də ömrünü başa vurmuş, yararsız avtomobillərdir. Azərbaycan vətəndaşları qonşu Gürcüstandan həmin yarasız avtomobilləri alıb gətirib sürürlər”.Ölkəyə gətirilən avtomobillərin sayı bu statistika ilə yekunlaşmır. Ölkəyə qeydiyyatsız, xüsusən Gürcüstan nömrəsi ilə gətirilən maşınların sayı son 1 il ərzində kəskin artıb.Elməddin Muradlı – Nəqliyyat eksperti: “Maşın alıcılarının ona gücü çatır. Ucuz qiymətə alır, ödəyir və sürür. Gürcüstanda 23 min dollara satılan maşın Azərbayacana 35 min dollara gəlir, 13 min dollar - 20 min manat baha gəlir. Bu fərq nəyə görədir?”.Razi Abbasbəyli – İqtisadçı: “Əgər daxili bazarı qoruyuruqsa, o zaman vətəndaşların da maraqlarını qorumalıyıq. Sosial gəlirləri, bazarda iştirak imkanlarını xırda ticarətdə xüsusən də sərnişin daşımada iştirak imkanlarını da nəzərə alaraq gömrük rüsumları mütləq mənada idxalla bağlı aşağı salınmalıdır”.Bu fərq sürücüləri alternativ yollar axtarmağa vadar edib. Xarici ölkə vətəndaşının adına ölkə ərazisinə gətirilən avtomobillər hər 3 aydan bir sərhədi keçib geri qaytarılırdı. Amma belə hallar kütləvi hal aldığından Gömrük orqanları nəzarət tədbirlərini gücləndirib. Bundan sonra 3 ay ölkə ərazisində sürülən Gürcüstan nömrəli avtomobil növbəti 9 ay ərzində ölkə xaricində qalmalıdır.Razi Abbasbəyli – İqtisadçı: “1 il müddətində əgər Gürcüstan vətəndaşı Azərbaycan ərazisində şəxsi maşını ilə daxil olursa, bu müddət qədər də, istifdəsində saxlaya bilər. Lakin gömrük məcələsəsinin 258-ci maddəsi tələbinə görə bu 90 gündür. Burda biraz uyğunsuluq var”.



Dövlət Gömrük Komitəsi yazılı açıqlamasında bu dəyişikliyi gömrük qanunvericiliyin pozulmasının, büdcəyə ödənilməli olan vergi və rüsumlardan yayınmanın və ölkədə ekoloji vəziyyətin pozulmasının qarşısını almaq üçün edildiyini bildirib. Amma rusumlar yuksək olduqdan vətəndaşlar yenə də qanundan kənar yollar axtarmaga başlayıb.



Eldəniz Cəfərov – Rəsmi diller nümayəndəsi: “Gömrük rüsumlarının azaldılması, eyni zamanda avtokreditləşmənin şərtlərinin sadələşməsi, az faiz alınması ona gətirib çıxarar ki, vətəndaşlar yeni avtomobillər alar, avtomobil parkı yenilənər”.



Mövcud vəziyyət və rusumlarla bağlı Gömrük Komitəsindən cavab almaq cəhdimiz isə nəticə vermədi. Komitənin sözçüsü Natiq Axundov zənglərimizə cavab verib, ictimaiyyəti məlumatlandırmağa ehtiyac görmür.


Teqlər:
Bu xəbər cəmi 2840 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR