Noyabrın 17-21-də qarşılıqlı səfərlər çərçivəsində Ermənistan və Dağlıq Qarabağda səfərdə olmuş Azərbaycan jurnalistlərinin işğal altındakı torpaqlarımızda baş çəkdiyi məkanların adları açıqlanıb.
Moderator.az xəbər verir ki, Xankəndidəki nəşrlərin yaydığı məlumata görə, bu haqda separatçı erməni rejiminin qanunsuz “xarici işlər” qurumu informasiya təqdim edib.
Məlumatda deyilir ki, Azərbaycan jurnalistləri noyabrın 20-21-də Gəncəsər monastır kompleksində, Şuşadakı Eznik Mozyan adına texniki peşə məktəbində, geologiya və incəsənət dövlət muzeylərində olub, eləcə də şəhərin digər görməli yerlərini gəziblər. Xankəndində isə “Qarabağ” xalçaçılıq şirkətində, “Artsax” informasiya texnlogiyaları mərkəzində, "Artsaxbio" konserv məmulatları müəssisəsində olub, vətəndaş cəmiyyəti və KİV nümayəndələri ilə görüşüblər...
P.S....