“Yenimeydan.info”nun APA-ya istinadən verdiyi xəbərə görə, nazir xalqa müraciətində keçid dövründə ölkə başçısı Konstitusiya məhkəməsinin sədrinin olacağını bəyan edib.
Misir ordusu Məhəmməd Mursini prezident vəzifəsindən kənarlaşdırılması barədə artıq məlumatlandırıb. Hərbçilər bu addıma Mursinin könüllü istefaya getməkdən imtina etməsindən sonra əl atıblar.
Abdel Fəttah əs-Sissi həmçinin Misirdə texniki Nazirlər Kabinetinin və Konstitusiyaya yenidən baxılması üzrə Komitənin yaradılacağını bəyan edib.
Xatırladaq ki, ötən gün Məhəmməd Mursinin çıxışından sonra Qahirə Universitetinin qarşısında islamçılarla yerli sakinlər arasında toqquşma baş verib. "Müsəlman qardaşlar”ın tərəfdarları odlu silahlardan insanlara açdığı atəş nəticəsində 17 nəfər həlak olub, 600-dək insan yaralanıb.