Honq Konqun Kozuey Bey küçəsi 2019-cu ildə dünyanın ən bahalı küçəsi hesab olunub.
BakuPost xarici mediaya istinadla xəbər verir ki, bu barədə “Cushman & Wakefield” konsaltinq şirkətinin reytinqində deyilir.
Bu küçədə ticarət obyektinin icarəsi bir kvadrat metr üçün illik 25,96 min avro təşkil edib.
Reytinqdə ikinci yerdə Nyu Yorkun Beşinci prospekti (21,3 min avro), üçüncü yerdə Londonun Nyu Bond küçəsi (16,2 min avro) qərarlaşıb.
Bundan başqa, ilk onluqda Yelisey çölləri (Paris), Montenapoleone (Milan), Gindza (Yaponiya), Pitt Strit Moll (Sidney), Banhofştrasse (Sürix), Mendon (Seul) və Kolmarkt (Vyana) küçələri yer alıb.