Noyabrın 17-dən 21-dək Ermənistan və Dağlıq Qarabağ jurnalistlərinin Azərbaycana və Azərbaycandan olan jurnalistlərin də Ermənistan və Dağlıq Qarabağa qarşılıqlı səfərləri baş tutub.BakuPost-un məlumatına görə, Azərbaycanlı jurnalistlər Azərbaycanın işğal altında olan hissəsinə - Dağlıq Qarabağa, ermənilər isə Gəncəyə gediblər.Ermənistandan Bakıya “Şant” TV-nin icmalçısı Artyom Yerekyan, “Mediamaks” İA-nın baş redaktoru David Alaverdiyan, və separatçı rejimin “İTV”nin əməkdaşı Edqar Elbakyan gəlib.Azərbaycandan isə Ermənistana “Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1nyus.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçuev gedib.Hər iki tərəfi təmsil edən jurnalistlər ictimai qurumlarla, həmkarları ilə görüşüblər, şahmat məktəbində olublar.