APA-nın xəbərinə görə, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
“F-35” qırıcı təyyarələri ölkəmizin müdafiəsi və təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir. Əgər “F-35” qırıcı təyyarələrini ala bilməsək, təbii ki, alternativ yollara baş vurmaq məcburiyyətində qalacağıq”, - deyə türkiyəli nazir vurğulayıb.