Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?

Ata Abdullayevin ötən gün İtaliyanın Milan şəhərindəki kilsədə Ermənistanın Baş naziri Nikol Paşinyanla mübahisəsi müzakirə mövzüsüna çevirilib. Bəzilərinin “uğur” kimi təqdim etməyə çalışdığı bu hərəkət böyük əksəriyyətin tənqidinə səbəb olub. Ata Abdullayev kimi hansı vəzifənin sahibi olduğu bilinməyən birinin hazırlıqsız şəkildə düşmən ölkənin rəhbərinin qarşısına çıxaraq, “yalvarması” ölkənin Qarabağ siyasətinə kölgə salması haqlı olaraq tənqid edilir.


 


Bəs bu şəxs hər gün bir ölkəyə hansı pulla, hansı imkanlarla səfərlər edir? Viza məsələsi, bilet və səfər xərcləri necə qarşılanır?


 


Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Ata Abdullayevə diplomatik pasport verilib. Özünü blogger kimi təqdim edən bu şəxs dövlət pasportu ilə istənilən ölkəyə səfər edir, ictimai fəal kimi müxtəlif tədbirlərə qatılır.


 


Prezidentin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret və sərt mövqe ortaya qoyduğu bir vaxtda, sülh danışıqları dövlət rəhbərləri səviyyəsində aparılıdığı zamanda Ata Abdullayev kimi heç bir siyasi təcrübəsi, dil bilgisi olmayan birinə diplomatik pasport verib, Paşinyanın qarşısına kim(lər) çıxarıb? Dövlətin siyasətinə bu formada zərbə vurmaq, Ermənistan mətbuatında hədəfə çevirmək kim(lər)ə lazımdır? Paşinyanın qarşısına çıxarmağa, onu daha tutarlı arqumentlərlə susdurmağa, haqlı mövqeyimizi nümayiş etdirməyə daha savadlı, daha təcrübəli, ən azı xarici dil bilgisi olan ictimai fəal yoxdurmu? Ona diplomatik pasportu kim, niyə, hansı əsasla verib? Ata Abdullayev üçün bu boyda biznesi kimlər hansı məqsədlə yaradıb?


 


Politoloq Qabil Hüseynli də Paşinyanın qarşısına bu formada çıxmağın əleyhinə olduğunu deyir:


 


“Bloggerlərin və yaxud da siyasətlə məşğul olan adamların Paşinyanla bağlı yerlərdə olub, onu sual yağışına tutmaları və bu məsələdə də əlbəttə ki, sual verənin intellektuallığı kifayət qədər böyük rol oynaya bilər. Bilmirəm bu metod nə dərəcədə erməni təbliğatını susdura və yaxud da erməni təbliğatı üzərində üstünlük qazana bilər, ancaq Bəxtiyarla müqayisədə Ata Abdullayevin söylədikləri o qədər də hədəfə düşmür. Yəni, Milanda bir erməni kilsəsinə daxil olub, orada mərasimə qatılan Paşinyana “biz müharibə istəmirik, bizim torpaqlarımızdan çıxın” deməsi… Və əgər “yalvarıram” deyibsə, bu biabırçılıqdır. Çünki bu, millətin qürurunu, ləyaqətini aşağı salan, millətə inamsızlıq hissini aşılayan, erməniyə isə qürur hissi verən bir hərəkətdir. Elə Paşinyan da erməni kilsəsində azərbaycanlıların olmasına, azərbaycanlıların həm dini, həm də mədəni formada təslimçiliyə doğru hərəkətdə olduqlarını iddia edən fikirlər səsləndirir. Zənnimcə, kilsənin seçilməsi uğurlu yer deyildi. Bəxtiyar Hacıyev Paris Sülh Forumunu seçmişdi və burada istənilən insanın olmasına, istənilən siyasətçiyə suallar ünvanlanmasına şərait yaradılır. Mən onun videosunda da gördüm, ciddi müqavimət göstərirlər və onu çölə çıxarmağa çalışırlar. Amma son anda Paşinyan nəsə söyləyir və göstərişi ilə onun kilsədə qalmasına icazə verilir. Hətta şəkil çəkməsinə və sual verməsinə şərait yaradılır. Bu müraciət yalvarış formasında olub, yoxsa əsaslandırılmış təkid və ermənilərin işğalçı mahiyyətini aça biləcək siyasi-fəlsəfi fonda olubsa, bəlkə də buna dözmək olar. Yox, əgər ümidi hər yerdən kəsilmiş, yalvarmağa və ləyaqətini ermənilər qarşısında alçalmasına şərait yaradan bir fonda edibsə, bu Azərbaycan xalqına pislikdir və eyni zamanda Azərbaycanın son illərdə qazandığı informasiya təbliğat uğurlarına kölgə salan bir amildir. Təəccüb edirəm ki, belə hərəkətlər doğrudan da əvvəlcədən hesablanıb, ciddi ölçülüb-biçilmir, onun gələcək nəticələri haqqında öz-özlərində müəyyən proqnozlar edə bilmirlərsə, məncə belə işlərə girişmələrinə ehtiyac yoxdur.


 


Əgər sən bu məsələlərdən ciddi siyası dividentlər əldə etməyəcəksənsə, rəqib tərəfə qarşı siyasi dividentlər qazanmağa imkan yaradacaqsansa, onda belə işləri görməkdənsə, görməmək yaxşıdır. Yalvarmaqla erməni donuzunu darı tarlasından çıxarmağa çalışırsansa, buna nail ola bilməzsən. O iddia edir ki, erməniləri işğalçı adlanırıb, torpaqlardan çıxmalıdılar. Eyni zamanda Dilqəm və Şahbazın əsirlikdən xilas olmasının və bu məsələlərin gözündən qaçmasına görə onu heç də uğurlu tapıntı hesab etmək olmaz. Bir məsələyə görə köklənib, o məsələyə görə ağıllı sual tapıb, formalaşdırıb Paşinyanı pis vəziyyətdə qoymaq olardı. Əgər o rus dilini təmiz bilmirsə, özü də ağır aksentlə müşayiət olunan pozuq bir rus dilində Paşinyana müraciət edirsə, bunun özü də intellektual kasadlığı və ümumiyyətlə, müraciət edən şəxsin səriştəsizliyini göstərən amilə çevrilə bilər. Mən şəxsən hələki bu məsələ haqqında tam dəqiq məlumat toplamamışam, amma məndə yaranan təəssürat belədir ki, atılan addım uğurlu olmayıb və bunun işğalçı Ermənistana hər-hansı bir siyasi zərbə vuracağı qənaətindən xeyli uzağam”.


 


Politoloq Elxan Şahinoğlu da Paşinyanın qarşısına daha hazırlıqlı, xarici dil bilən birinin göndərilməsinə tərəfdardır:


 


“Bilmirəm kimsə göndərib, yoxsa özü gedib, amma hər halda Ata Abdullayev əvvəlcədən bilirmiş ki, Nikol Paşinyan yaxın günlərdə İtaliyaya səfər edəcək. Mən özüm şəxsən bu prosesləri izləyən birisi kimi bir gün əvvəl xəbər tutmuşam ki, Paşinyan İtaliyaya gedəcək. Amma Ata Abdullayev əvvəlcədən bilib. Çünki səfərə çıxmaq var, ən azı əvvəlcədən viza alınmalıdır. Ən azı 1 həftə əvvəl bilməlir idi ki, Nikol Paşinyan İtaliyaya gedir. Bəlkə vətəndaş kimi fikirləşib ki, gedib sərt suallar vermək olar.


 


Başa düşürəm, Paşinyana ciddi suallar verilməlidir. Amma məsələ burasındadır ki, bu suallar verildikdən sonra Paşinyan üçün yalan danışmağa meydan açılır. Çünki o yalan danışanda sonra ağzının üstündən də vurmaq olmur. Bir sual verə bilərsən, o da bu sualdan istifadə edib təbliğat işini apara bilər. Bəxtiyar Hacıyevə dediyini Ata Abdullayevə də təbliğat məqsədi ilə deyir ki, münaqişənin həlli Ermənistan və Azərbaycanın maraqlarına uyğun olmalıdır. Amma Azərbaycan tərəfdən belə bir açıqlama eşitmir və təbliğat kimi bundan istifadə etdi. Düzdür, meydanı boş buraxmaq olmaz. Paşinyana harda mümkündürsə, sərt suallar verilməlidir. Ata Abdullayev ola bilər ki, siyası cəhətdən bir çox məsələləri bilmir. Əgər kimsə belə bir şeyi planlaşdırıbsa, ora sual vermək üçün hazırlıqlı, mövzunu, rus və ingilis dillərini bilən adam göndərilməli idi. Düzdür, biz bilmirik Ata Abdullayev ora öz şəxsi təşəbbüsü ilə gedib, ya kimsə ona dəstək verib. Amma əgər ona belə bir tapşırıq verilibsə, Paşinyana sərt suallar vermək üçün dili bilən və hazırlıqlı biri göndərilməli idi”.

Teqlər:
Bu xəbər cəmi 1895 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR