Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"284 saylı məktəbdə bir sinifdə 54 uşaq var..." - Sinifdə şagird sayı neçə olmalıdır?

Orta məktəblərdə bəzən bir sinifdə 30-dan çox uşaq olduğunun şahidi oluruq. Bu hal təhsilin keyfiyyətinə, şagirdin dərsi mənimsəməsinə maneə törədirmi? Bir sinifdə ortalama neçə şagird olmalıdır? Metbuat.az bununla bağlı məsələnin mütəxəssislərinə müraciət edib. Təhsil eksperti Kamran Əsədov bildirib ki, qanuna görə sinifdə 20 şagirdi olmalıdır:


“İlk növbədə qeyd edim ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki, hər sinifdə 20 nəfər olmalıdır, praktiki olaraq isə 25 nəfərdən artıq uşaq yığılmamalıdır. Bir sinifdə 25 şagird təhsil alırsa, həmin sinifdə tədris prosesini səmərəli qurmaq mümkündür. Lakin bəzən çoxlu binalar tikilir, əhali sıxlığı yaranır. Məktəbsə azdır. Həmin siniflərə 30-40 nəfər uşaq cəmləşir. Təhsildə belə bir qayda var ki, əgər sinifdə 25 nəfərdən çox uşaq yığılır, uşaqların sayı 30-u keçərsə, onda ikinci sinif açılmalıdır. İkinci sinif açılmalıdırsa, ora yeni bir müəllim də təyin olmalıdır. İbtidai sinifdirsə, əlavə ibtidai sinif müəliməsi üçün vakansiya açılmalı, yuxarı siniflərdirsə, fənn üzrə müəllimlər cəlb olunmalıdır. Hesab edirəm ki, bu pedoqoji tələb yerinə yetirilməlidir. Hesab edirəm ki, bir sinifdə 30-40 şagirdin olması tədrisi zəiflədir”.



 





Ekspert həmçinin əlavə edib ki, bu problemin həlli üçün dünya təcrübəsindən nümunə götürmək olar:



“Tədqiqatlar göstərir ki, sinifdə şagird sayı 25-dən yuxarı olduqda sinif idarəolunmaz hala gəlib çıxır. Ona görə dövlət tərəfindən tədris üçün çəkilən xərc, müəllimlərin əziyyəti boşuna gedir. Bu vacib bir məsələdir. Apardığımız monitorinqlər göstərir ki, Günümüzdə sayı 30 nəfərdən artıq olan siniflər çoxluq təşkil edir. Və əksər məktəblərdə paralel siniflər təşkil olunmur. Dərslər bir otaqda 30-35 şagirdə tədris olunur. Xüsusən də ibtidai siniflərdə (I-IV) şagird sıxlığı daha çox yaşanmaqdadır. Hazırda Azərbaycanın 4472 orta məktəbində 1.5 milyona yaxın şagirdə 151 min müəllim dərs keçir. Amma 2014-cü ilə qədər müəllimlərin sayı 160 mindən çox idi. Lakin burada heç bir ixtisar olmayıb. Bu, optimallaşdırılma nəticəsində mümkün olub. Hesab edirəm ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da bu məsələni rasionallaşdırmaya ehtiyac duyulur. Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılmasını da vacibdir. Düşünürəm ki, optimallaşdırılma nəticəsində gənc kadrlara şərait yaradılmalı, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini təşkil etmək lazımdır. Xarici ölkələrdən nümunə olaraq deyim ki, Türkiyədə bir müəllimə düşən şagirdlərin sayı 25, Rusiyada 18, Koreyada 35 nəfərdir”, hazırda Bakıda bir müəllimə düşən şagirdlərin sayı 12-dir: “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas istiqamətlərdən biri də dünya standartlarına uyğun tədrisin sisteminin qurulmasıdır. Hesab edirəm ki, müəllim şagird nisbətinin dünya standartlarına uyğun qurulması maliyyələşdirməyə və təhsilin inkişafına təsir göstərəcək. Ümumiyyətlə, Azərbaycanda müəllim-şagird nisbəti arzu olunandan yuxarıdır. Buna görə də hesab edirəm ki, gənc kadrların orta ümumtəhsil məktəblərində yerləşdirilməsi üçün təqaüd yaşına çatmış müəllimlərin pedaqoji sahədən uzaqlaşdırılmasını tənzimləyən normativ hüquqi bazanın olmasına ehtiyac var. Artıq 2 ildir ki, şagirdlərin birinci siniflərə qəbulu zamanı ərazi üzrə yaşayış meyarı əsas götürülür ki, bu da sosial ədalət prinsipini qoruyur. Bir çox hallarda valideynlər övladlarını digər ərazilərdə yerləşən məktəblərə yollayırdı ki, bu zaman həmin məktəbin mikroərazisində sıxlıq formalaşır”.



 





Məsələnin psixoloji tərəfinə aydınlıq gətirmək üçün müraciət etdiyimiz pxixoloq Gülnar Orucova isə bildirdi ki, bu hal həm şagird, həm də müəllimlər üçün maneələr törədir:



“Sinifdə şagird sayının çox olması nəticəsində, müəllimin diqqəti daha çox şagird üzərində paylanılır və təlim fəaliyyətinin aşağı nəticələrinə, göstəricilər aşağı olur. Sovet dönəminə nəzər yetirsək, 18 uşaq olduğu zaman yeni sinif açılırdı. 36 uşaq olanda sinif 2 yerə bölünərdi. Amma indi? 284 saylı məktəbtə, rus bölməsində bir sinifdə 56 şagird var. Burada hansı nailiyyətdən danışmaq olar? Müəllim 56 şagirdə necə nəzarət edə bilər? Elə bil bir müəllim 3 sinfə birgə dərs deyir. Müəllim özüdə yorulur, enerjisi tükənir. Bu gün hər 3 uşaqdan biri heperaktivlik sindromundan əziyyət çəkdiyi üçün müəllimə onları idarə etmək çətin olur. Valideynlərlə işləmək də müəllimi yorur. Uşaqların sayı nə qədər çox olacaqsa, diqqətdən yayınan, kənarda qalan uşaqların sayı çox olacaq”.



 





Təhsil eksperti Elçin Əfəndi isə problemin həlli üçün yeni məktəblərin tikilməsi və paralel siniflərin açılmasının zəruri olduğunu qeyd edib:



“2011-ci il tarixli nazirlər Kabinetinin Qərarına əsasən, şagird sayı 20 nəfər müəyyən edilib. Yəni hər sinifdə 20 şagird olmalıdır. Təssüflər olsun ki, bizdə bəzi məktəblərdə sinifdə 30-35 şagird olur ki, bu da yolverilməzdir. Bunların aradan qaldırılması üçün ərazi üzrə yeni məktəblərin tikilməsi zərurəti yaranır. Məktəblərin say çoxluğu lazımdır. Şagirdlərin sıxlığı nəzərə alınmalıdır. Məktəblərdə paralel siniflərin açılması zərurəti yaranır, şagirdlərin səhər-günorta növbələrinə təyin olunması bir qədər bu sıxlığın qarşısını ala bilər. Qeyd edə bilərəm ki, sinifdə şagird sayının çoxluğu çox ciddi fəsadlar verir. 45 dəqiqə ərzində 30-35 şagirdlə işləmək, onların bütün bilik və bacarıqlarını müəyyən etmək müəllim üçün qeyri-mümkündür. Ona görə də, yaxşı olardı ki, 20 şagird sayını norma olaraq götürək. Şagird sayının 25-dən çox olması şagirdin dərsi yaxşı mənimsəməməsinə gətirib çıxarır”.



 





frame allow="encrypted-media" allowfullscreen="true" allowtransparency="true" frameborder="0" hidden="true" id="fb_xdm_frame_https" name="fb_xdm_frame_https" scrolling="no" src="https://staticxx.facebook.com/connect/xd_arbiter.php?version=44#channel=f32c0be54f50738&origin=https%3A%2F%2Fmetbuat.az" style="box-sizing: border-box; border-width: initial; border-style: none;" tabindex="-1" title="Facebook Cross Domain Communication Frame">


 




frame allow="encrypted-media" allowfullscreen="true" allowtransparency="true" frameborder="0" height="1000px" name="f93e8d77cc2b98" scrolling="no" src="https://www.facebook.com/plugins/like.php?app_id=1002485763137712&channel=https%3A%2F%2Fstaticxx.facebook.com%2Fconnect%2Fxd_arbiter.php%3Fversion%3D44%23cb%3Df29eeba5b3c6ca4%26domain%3Dmetbuat.az%26origin%3Dhttps%253A%252F%252Fmetbuat.az%252Ff32c0be54f50738%26relation%3Dparent.parent&container_width=694&href=https%3A%2F%2Fmetbuat.az%2Fnews%2F1276042%2F284-sayli-mektebde-bir-sinifde-54-usaq-var.html&layout=button_count&locale=az_AZ&sdk=joey&show_faces=false" style="box-sizing: border-box; position: absolute; border-width: initial; border-style: none; visibility: visible; width: 78px; height: 20px;" title="fb:like Facebook Social Plugin" width="1000px">

Teqlər:
Bu xəbər cəmi 5285 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR