Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

20 NOYABR – Qarakəndin qara səması...

20 NOYABR – Qarakəndin qara səması...

O vaxt məktəbli idim. Yadıma gəlir, ucqar bir rayonda, bu xəbərdən hamımız necə sarsılmış və hətta qorxmuşduq. Bu siyahıda olanlardan baş prokuror İsmət Qayıbovu, daxili işlər naziri Məhəmməd Əsədovu və jurnalist Osman Mirzəyevi tanıyırdım. Televiziya ekranından təbii ki... Amma İsmət Qayıbovu həm də sevirdik. Televiziya ekranından tez-tez görürdük onu, bəlkə də ona görə idi. Bəlkə də xalqa daha yaxın, onlarla birbaşa təmasda prokurorlar olur, ona görə. Bu sevginin səbəbini heç bu gün də bilmirəm. Onun olduğu bütün verilişləri maraqla izləyirdik. Onun kimi prokuror olmaq arzusunda nə qədər uşaq vardı məktəbimizdə. İndi dərk edirəm ki, böyüklərimiz də ona baxıb, bütün prokurorları elə onun kimi təsəvvür edirdilər.






Bəlkə də, bütün bunlardan dolayı rayonumuzda heç kim onun öldüyünə inanmaq istəmirdi...


 


 


Alı Mustafayevi o hadisədən sonra tanıdım. Hətta şeirlərini də əzbərləmişdim. Oxumuşdum ki, Alı bu vertolyotla getməzdən əvvəl Şəhidlər Xiyabanına xitabən "Dəli bir ağlamaq keçir könlümdən" şeirini yazmışdı. Sonra özü də o Xiyabanda uyumalı oldu. O adda kiçik bir şeirlər kitabı da çıxmışdı. Yadımda deyil, kitab ölümündən əvvəl çıxmışdı, yoxsa sonra, amma yaxşı yadımdadır ki, o kitabı mən elə Şəhidlər Xiyabanının yanında kitab satan bir kişidən almışdım.



 







Bu gün 28 il keçir o qorxunc gündən.


 


1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotu ermənilər tərəfindən vuruldu.


 


Nəticədə 22 nəfər həlak oldu. Yadıma gəlir, hadisə yerindən görüntüləri də göstərmişdilər. Onların yanmış meyidlərini görüb dəhşətə gəlmişdik. O vaxt indiki kimi hər gün belə qorxunc şeylər göstərməzdilər. Hamı sözün əsl mənasında şokda idi-qapqara kömürə dönən insan meyidlərinə baxan hər kəsin nitqi tutulmuşdu sanki.


 


Çox qorxmuşduq, çox. 90-cı ilin “20 yanvar”ı da gözümüzün önündə idi axı. 20 rəqəminin qaranlıq tərəfi düşmüşdü sanki qismətimizə - dünən 20 Yanvar, bu gün 20 Noyabr...


 


Hadisədən sonra nə qədər vaxt böyüklər "qara qutu", "qara qutu" deyib danışırdılar. Onun tapılması ilə hər şeyin aydın olacağına inandırmışdılar özlərini. O zaman “qara qutu”nun nə olmasını ağlım kəsmədiyi üçün niyə elə dediklərini anlamasam da, hamı kimi inanır və gözləyirdim tapılacağını.


 


Bir süstlük, bir sükut çökmüşdü gündəlik həyatımıza. Müharibədən uzaqda, müharibə havasından qorxurduq... Hər yerdə hamı bundan danışırdı. Bu qədər vəzifəli və önəmli adamı necə bir vertolyota yığıb harasa göndərmək olar? Niyə onların heç biri bu təhlükəni hiss edə bilməyib və ya bu “olmaz”ın ola biləcəyi ilə bağlı düşünməyib? Bəlkə də düşünüb, nə bilək.


İstənilən söhbətin əvvəli və sonu “niyə?” yə ilişib qalırdı. Hətta məktəbdə müəllimlərimiz danışanda da ən çox bu sualı eşidirdik - bu qədər vəzifəli adam niyə birdən hamısı bir vertolyota minib Qarakəndə getməli olublar və necə olub ki, onları kimsə müşayiət etməyib? O qədər strateji post sahiblərinin bir yerdə uçma təhlükəsinin fərqinə, doğrudanmı, kimsə varmamışdı?


Mümkünsüz görünür.


 


Bəs onda niyə görəsən?... O qədər cavabsız suallar vardı və bu gün də var ki.






Bir gün məktəbimizdə onların adı və şəkilləri olan bir stend də vuruldu. Düz qapının girəcəyində...


 


Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi



İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror



Məhəmməd Nəbi oğlu Əsədov – Daxili İşlər naziri



Zülfü Saleh oğlu Hacıyev – Baş nazirin müavini



Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili



Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili



Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri



Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini



İqor Aleksandiroviç Plaviski – DQMV-nin prokuroru



Vladimir Vladimiroviç Kovalyov – DQMV-nin Daxili İşlər İdarəsinin rəisi



Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi



Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı



Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-inin müavini



Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru



Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant



Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi



Alı Mustafa oğlu Mustafayev – telejurnalist



Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı



Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator



Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri



Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü



Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.


 


Üstündən iyirmi səkkiz il keçməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara bu günə qədər aydınlıq gətirilməyib. Hadisənin gedişatını az qala nəfəsimizi içimizə çəkib izləyirdik. Dedim axı, müharibədən uzaq müharibə havasından qorxmuşduq. Bugünkü kimi yadımdadır, “Xəbərlər”də ilk olaraq rəsmi məlumat kimi helikopterin dumana düşərək qayaya çırpılmasını dedilər. Bu da nə qədər müzakirə olundu. Kim inanardı buna?.. Sonralar Mi 8-in ermənilər tərəfindən vurulması faktı təsdiqləndi. Buna artıq hamı inandı. Çünki ilk olaraq hər kəsin irəli sürdüyü fikir də elə bu idi.


 


Faciədən 28 il keçsə belə o günlə bağlı bir sıra qaranlıq məqamlara hələ də qaranlıq olaraq qalır – orda yanıb-qaralan cəsədləri kimi.


 


Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılır və istintaqın aparılması Respublika Prokurorluğuna verilir. Amma bu da heç bir işə yaramır. Çünki, hadisə ilə bağlı cinayət işi üzrə istintaq dayandırılmalı olur. Səbəb isə terror aktının baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olması göstərilir.


Təbii ki, heç kim bilmədi və yəqin ki, bir də heç vaxt bilməyəcək-səbəbin nə olduğunu. Bəlkə də, tam tərsi olacaq. Bir gün torpaqlarımız alınacaq, cinayət işi yenidən açılacaq və hər şey aydınlaşacaq. Zaman göstərər...


 


Bu gün isə hadisə qurbanlarının hamısını sayqı ilə anır və ruhları qarşısında baş əyirəm!





Teqlər:
Bu xəbər cəmi 4075 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR