QMİ-dən daxil olan məlumata görə, ramazan ayının ilk günü iyulun 10-a təsadüf edir, ayın 9-u isə niyyət gecəsidir.
Təqvimdən məlum olur ki, əhya gecələri iyulun 27, 29, 31-i və avqustun 4-nə təsadüf edəcək. Bu gecələrdən biri (sonuncunun ehtimalı daha çoxdur) Qədr gecəsidir.
Fitr bayramı isə avqustun 8 və ya 9-na düşür.