Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Britaniya hökuməti Rusiyaya dair kəşfiyyat hesabatını gizlətdi

Britaniya hökuməti Rusiyaya dair kəşfiyyat hesabatını gizlətdi
Londonda siyasi qalmaqal...


Dauninq strit tərəfindən bloklanan parlament hesabatında iddia edilir ki, Rusiyanın müdaxiləsi “Brexit” referendumuna təsir göstərə bilər, lakin onun təsirini “ölçmək mümkün deyil”. Bu barədə “The Times” nəşri məlumat verir.



Partiyalararası Kəşfiyyat və Təhlükəsizlik Komitəsi tərəfindən tərtib edilən, Rusiyanın Böyük Britaniyadakı qanunsuz fəaliyyətinə həsr edilən hesabat bu fəaliyyətin 2016-cı ildə səsvermənin nəticələrinə təsir göstərib-göstərmədiyinə cavab verə bilməyib.



Kölgə kabinetinin xarici işlər naziri Emili Tornberri bildirib ki, bu informasiya gələn ay keçirilməsi nəzərdə tutulan ümumi seçkilərdə təhlükəsizlik zəmanəti ilə bağlı “ciddi narahatlığa” səbəb olub.



“Təhlükəsizlik qüvvələrimizin rus müdaxiləsinin 2016-cı il seçkilərinə təsiri ilə əlaqədar yekun nəticəyə gələ bilmədiyi doğrudur, onda cavab tələb edən ciddi suallar meydana çıxır, – deyə Tornberri qeyd edib.



“Dolayısıyla, Boris Conson (Boris Johnson) Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin hesabatı ilə əlaqədar anlaşılmazlığa, narahatlığa və əsassız söz-söhbətə son qoymalı, ilk fürsətdəcə hesabatın tam mətnini ictimaiyyətin diqqətinə çatdırmalıdır. Əgər eləməsə, insanlar haqlı olaraq belə düşünməyə başlayacaq: baş nazir Britaniya ictimaiyyətindən nə saxlamağa çalışır və bunu niyə edir?”



“(…) Hesabatda AB-ə qarşı məqalələr yer alıb. Həmin materiallar referendum kampaniyası ərəfəsində Kremlin dəstəklədiyi “RT” və “Sputnik” kimi KİV-lər tərəfindən yayımlanıb. Ötən il sosial şəbəkələrin Böyük Britaniyanın Rəqəmsal Texnologiyalar, Mədəniyyət, KİV və İdman Komitəsinə təqdim edilən analizi göstərib ki, “Brexit” səsverməsinədək rus saytları tərəfindən dərc edilən məqalələr rəsmi dəstək kampaniyasından dörd dəfə təsirli olub. Referenduma altı ay qalmış “RT” və “Sputnik”-in yayımladığı 260-dan çox məqalə “Twitter”-də o qədər “repost” edilib ki, bəlkə də, 134 milyondan çox baxış sayı əldə edib (…)”.



“Hökumətin hesabatı ictimailəşdirmək istəməməsi Britaniyanın kəşfiyyat xidmətinə böyük zərbə endirib. Çünki bu addım bizim nəsə əhəmiyyətli bir məsələni gizlətməyə çalışdığımızı göstərir”, – sənədi görən, ya da onun detallarından xəbərdar olan kəşfiyyat xidmətinin əməkdaşları bildirib.


Teqlər:
Bu xəbər cəmi 1745 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR